Xəbər lenti
Şahlar Əsgərov: "Qadınlar bu gün dövlətin və cəmiyyətin ağır yükünü çiyinlərində uğurla daşıyır"
Bakı Slavyan Universitetində dəyərli bir gün yaşadım.
Dos. Şəlalə Həsənovanın çəkdiyi "İrsimizə atəş açmayın" filmini izlədik. Kino vasitəsi ilə tariximizə baxdıq, keçdiyimiz qanlı- qadalı günləri bir də yaşadıq. Alqış belə dossentə! Sonra rektor Nurlana xanım Əliyeva məruzə ilə çıxış etdi. Tariximizə, keçdiyimiz çətin yollara, bu günümüzə, gələcəyimizə nəzər saldı. Gənclərə çağırış etdi. BSU çox gözəldir, müasirdir. Alqış belə rektora! Millət vəkili Qənrə Paşayevə çıxış etdi. Dövlətçiliklə, Vətənlə bağlı mükəmməl fikirlər söylədi. Gənclərin alqışları ilə qarşılandı. Alqış belə Millət vəklinə! Novbə mənə çatdı. Məndən sonra çoxdan tanıdığım, şahmat istedadını dünya qəbul edən Aynur xanım Sofiyeva çıxış etdi. Aparıcı Xanım müəllimə qısa və dəqiq təqdimatları ilə hamının rəğbətini qazandı. İsam dünyasının ünlü mütəfəkkirləri müsəlman Şərqinin geri qalmasının səbəblərini 300 ildir ki müzakirə edir. Geriliyin səbəbini kimi dində, kimi qadınların ictimai həyatda aktiv olmamasında və digər səbəblərdə görürlər. İslam dünyasının Nobel mükafatı almış alimləri, misirli Əhməd Zevayil, pakistanlı Abdül Salam bununla razılaşmırlar.
Bugünkü məclis qadınların üstündən 100% kölgəni götürdü. Çıxış edən 6 nəfərdən beşi qadın oldu. Artıq qadınlarımız dövlətin və cəmiyyətin ağır yükünü öz çiyinlərində uğurla daşıyırlar. Eşq olsun, bu millətə, bu dövlətə!
Prof. Şahlar Əsgərov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar