Xəbər lenti
Eşidənlər şokda! Torpağa basdırılan qadın qəbirdə doğdu - FOTO
Orta əsrlərə aid qadın sümükləri tapılıb.
Arxeoloqların İtaliyanın İmola vilayətindən tapdığı qadının kəllə sümüyündə dəlik var.
Onun ayaqlarının arasındakı xırda sümüklərdən məlum olub ki, 38 həftəlik hamilə qadın öldükdən sonra doğub.
Qadının ölüm səbəbi müəmma olaraq qalır. Lakin onun kəllə sümüyündəki dəliyə görə ehtimal olunur ki, qadın hamiləliyi zamanı yaranan xəstəliyə görə dünyasını dəyişib.
Yaşı 25-35 arası olduğu təxmin edilən qadının ölümündən təxminən 1 həftə əvvəl əməliyyat edildiyi məlum olub.
Ferrara universitetinin tədqiqatçılarının qadının müəmmalı ölümü ilə bağlı apardığı araşdırmanın nəticələri "World Neurosurgery" jurnalında dərc olunub.
Yazıda bildirilib ki, qadının ölüm səbəbi müasir dövrdə də rast gəlinən eklampsiya (ətraflı linkdə) xəstəliyi olub. Bu səbəbdən də onun kəllə sümüyü əməliyyat zamanı dəlinib.
Məqalənin müəllifi qeyd edib ki, eklampsiya xəstəliyi hamiləliyin 20-ci həftəsindən sonra yaranır və çox vaxt ananın ölümü ilə nəticələnir.
"20-ci əsrə qədər xəstəlik səbəbindən başda yaranan təzyiqi azaltmaq üçün bu üsuldan (kəllə sümüyünün dəlinməsi) istifadə edilib", - məqalədə yazılıb.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar