Xəbər lenti 
					
 
		Rusiya və Ermənistan hərbçiləri birgə taktiki təlimlər keçirəcəklər

Rusiya və Ermənistan hərbçiləri “Alagəz” yüksək dağ poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcəklər.
Bu barədə “RİA Novosti”yə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 7-də general-mayor Andranik Makaryanı 4-cü korpus komandiri vəzifəsindən azad edərək Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşmasının komandanı təyin edib.apa
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















