Xəbər lenti
Əgər hər şeyi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?
Kafirlərin verdiyi bu sual məntiqsiz və özü-özünə zidd olan bir sualdır. Yaradan odur ki, Onu heç kim yaratmayıb, həmişə mövcud olub, hər kəsi o yaradıb. Verilən sual isə məntiqi cəhətdən "Yaradan" kəliməsinə ziddir. Əgər biz - arqument naminə - Allahı kimsə yaradıb deyə söyləsəydik, o zaman onlar sizdən soruşacaqdılar ki, yaxşı bəs yaradanın yaradanını kim yaradıb?
Manevr.az zikr.az-a istinadən bildirir ki, bu halda, onların məntiqi ilə belə bir silsilə yaranır: yaradanın yaradanının yaradanını kim yaratmışdır? Və ilə axır, sonsuza qədər. Bu isə mənasızdır.
Allahın Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: "Şeytan sizlərdən birinə gələrək belə söyləyəcək: "Səmanı kim yaratmışdır? Yeri kim yaratmışdır? Həmin kəs cavabında: "Allah" deyə söyləyəcək. Daha sonra O söyləyəcək: yaxşı bəs Allahı kim yaratmışdır? Kim buna bənzər bir şey ilə rastlaşsa, onda bu cür söyləsin: "Əməntu billəəhi va Rusulihi (Allaha və Onun Rəsullarına iman etdim)".
Həmçinin əl-Buxari (rahiməhullahu) rəvayət edirik ki, bu cür hallarda üç dəfə sol tərəfə yüngülcə (quru şəkildə) tüpürmək və əl-İxlas surəsini oxumaq lazımdır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) həmçinin demişdir: "Heç bir şey yox ikən Allah var idi". Digər bir rəvayətdə demişdir: "Ondan əvvəl heç bir şey yox idi". (əl-Buxari).
Uca Allah buyurur: "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir". (əl-Hədid, 3).
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar