Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının məşhur klinikasında BİABIRÇILIQ ! 40 dərəcə qızdırmalı uşağa həkim...

Tarix: 26-03-2018 10:48     Baxış: 3872 A- / A+
Bakının məşhur klinikasında BİABIRÇILIQ ! 40 dərəcə qızdırmalı uşağa həkim...

Uşağını 40 dərəcə qızdırma ilə xəstəxanaya gətirən jurnalisti tanınmış həkim qəbul etmədi: "50 manat ödə, sonra gəl"

"Dünəndən bəri uşağın temperaturu düşmür. İki gündə iki dəfə sudurğa keçirib, amma hələ də normal bir pediatır tapılmır. Elə hamı ağlına gələni körpənin sağlamlığı, bizim cibimiz üzərində test edir".
Manevr.az pressclub.az-a istinadla bildirir ki, bu sözləri jurnalist Mübariz Aslanov bildirib. O qeyd edib ki, övladı xəstələndiyi üçün normal həkim tapa bilməyib.

Bundan sonra o, "Medera" klinikasına, tanınmış pediatr Əli Quliyevin qəbuluna gedib. Lakin ordan da narazı olub. Bununla bağlı da Mübariz Aslanov status yazıb: "Bakıda "Medera" klinikasında Əli Quliyev adlı biri var, ondan gördüyüm insanlıq faciəsini, rəzaləti heç yerdə görmədim. İki gündür sudurğa altında olan uşağı bunun yanına qaçırtmışam. 10-15 dəqiqəlik qəbulu 50 manatdır. Bu heç. Əvəllər də yanında olmuşduq, bir-iki dost da təriflədi deyə məcbur ona üz tutduq. Görünür pul "öz işini görüb" bu zaman içində. Üstümdə yeganə vəsait ancaq kartda qalmışdı, neçə gündür digər həkimlərə baş vurma səbəbindən nəğd yoxum idi. İndi bu klinikanın ödəniş terminalında nə baş verdisə kartdan çıxara bilmədilər (kartımda pul var). Allahdan kassadakı xanım möhürü vurub, üstünü yazdı ki "əsas həkim uşağa baxsın tez, çıxanda bir tin kənarda bankomat-dan çıxararsız, problem deyil".

"Yalnız pulunu keçirtdikdən sonra uşağa baxa bilərəm, buraxmayın, qaytarın getsin bankomat tapıb ödəsin"

Qalxdım Əli Quliyevin yanına, otağının qarşısında qəbzi verib növbəmizi gözlədim. Qızdırmalı balaca ilə düz 40 dəqiqə gözlədəndən sonra, Əli Quliyev içəridən kağıza baxıb ultimatum verir ki, "yalnız pulunu keçirtdikdən sonra uşağa baxa bilərəm, buraxmayın, qaytarın getsin bankomat tapıb ödəsin", qəbul etmədi ki belə nisyə məsələlərə vaxtı yoxdu, mane olmayım və sair.
Bilirsiniz, mən heç nə demirəm. Onsuzda hər bir ata mənim nə keçirdiyimi, bu hissin nə demək olduğunu anlayır. Heç pullu xidmətdən də şikayətçi deyiləm. Zatən kassadan məni arxayın edib yuxarı göndərməsələr, gedib bir yerdə tapıb çıxaracaqdım kartdan. Məni hər 15-20 dəqiqəsi 50 manat olan bir tibb işçisinin, bir təcili ona ehtiyacı olan uşaq üçün hələ də həkim ola bilməməsi dəhşətə gətirdi. O sadəcə 15-20 dəqiqə səbr etməliydi, amma tamah imkan vermədi. Biraz düşük səslənsə də (bunu yaşamayan bilməz), o qədər usandım ki bu söhbətlərdən, artıq heç cəhd etmərəm bu uşağın sağalmasına. Böyüyüb, əsgər olub tibbdəki bu bazarkomu qoruyacaq? Axı o 15 dəqiqəlik 50 manat gözləyə bilmədiyi üçün bunu qorumadı".

Bu yazdıqlarına şərh verənlər, jurnalisti qınayıblar. Onlara cavabında isə M.Aslanov yenidən status yazıb: "Əli Quliyev, bu trollarını qızışdırıb jurnalistlərin üstünə salmaqla, oda benzin tökürsən. Buna sərf etdiyin saatlar əvəzinə bu gün orada 5 dəqiqə səbr etməklə, xəstəni qəbul etsəydin, bu qədər davamlı günaha girməzdin. İmkan ver qoltuğumuza verib geri yola saldığın xəstəmizlə məşğul olaq. Bir az da həkim kimi düşün".

"Yaltağıq, axmağıq və qəddarıq"

Məsələyə münasibət bildirən tanınmış həkim Vasif İsmayıl isə jurnalistlə razılaşmayıb: "Mübariz bəy, Əli Quliyevin trolu yoxdur. İş həkimin laqeydliyində deyil. Mən, həkim olaraq gün ərzində 3 saat danışa bilirəm, 2 akademik saat dərs deyə bilirəm. Əli gündə 6 saat danışır. Mənim qızımın suçiçəyinə neçə saniyəyə baxmışdı? Üç saniyədə lazım olan hər şeyi güllə kimi dedi. Əli Quliyev bir xəstəyə ortalama azərbaycanlının arzuladığı kimi 20 dəqiqə baxsa, camaat qırılar. Əli Quliyevdən başqa həkim yoxdur? İki-üç pediatr daha var. Niyə bu boyda Azərbaycanda 3-4 sanballı pediatr var? Çox bəsit, yaltağıq, axmağıq və qəddarıq. Həəəə, bir də şərçi".

"Tibbdə o qədər biznesmen olubsunuz ki, həkimlik arxa plana keçib"

Vasif İsmayılın bu sözlərinə əsəbiləşən Mübariz Aslanov isə deyib ki, həkim düz danışmır: "Vasif İsmayıl, necə bizim durumumuzdan bu şəkildə bixəbər olsanız da, qərarlı yazırsız? Nə laqeydlik? Nə şər? Söhbətin nədən getdiyindən xəbəriniz var? Siz bu qədər qərarlı və təəssübkeş yazmaqdansa, dərhal məlum statusu diqqətlə oxuyardız. Sizə zuy tutanlara da düşdüyüm situasiyanı artıq arzulayıram, başlarına gələndən sonra görək necə düşünəcəklər. Unutmayın, içi Əli Quliyev qarışıq bəziləriniz tibbdə o qədər biznesmen olubsunuz ki, həkimlik arxa plana keçib.

"Dilimi qoymuşam qarnıma, kirimişçə gözləmişəm"


Jurnalistin bu sözlərinə Vasif İsmayıl yenidən reaksiya verib: "Elə deməyin, bəy. Statusu oxumuşam. Əlinin qəbulunda uşaqlarım heç gözləməsə yarım saat gözləyirlər. Heç cınqırım da çıxmır.

Mənim onun gözündə avtoritetim nə qədər yüksək olsa da, qəbul etməyəcək - bilirəm. Məsələn, qızım Asena ağzı tamamilə yara tökmüş şəkildə 39 qızdırma ilə gözləyib. O qədər gözləyəndən sonra isə "Həəəə, stomatit olub. Heç nə vermək lazım deyil" dedi. Qızdırmasını soruşduq: "Bir şey olmaz. Soyundurun"-deyə cavab verdi. Başa düşürəm. Uşaq qıcolma ilə əlinizin üstündə qalanda, insan karıxır. Bənzər vəziyyətə mən də düşmüşəm. Dilimi qoymuşam qarnıma, kirimişçə gözləmişəm".

"Milyonlarla körpə Əli həkimin əlindən şəfa tapıb"

Müzakirələrə xanım pediatr Günay Rəsulova da qoşulub. O deyib ki, Əli Quliyev Azərbaycan üçün nəinki milyonlarla xəstə uşağa şəfa verib, milyonlarla çırağı sönmüş ailələrin ümidi olub: "Milyonlarla körpə Əli həkimin əlindən şəfa tapıb. Mən də pediatram və bilirəm ki neçə-neçə heç bir həkimin səbəbi tapıb diaqnozunu qoya biləməyəcəyi xəstəlikləri Əli həkim tapıb və bu gün o körpələr həyatda var. Həmçinin Əli Quliyev Azərbaycanda Pediatriyanın inkişafı, savadlı həkimlərin yetişməsində də əmək və zamanını heç vaxt əsirgəmədən, həmişə dəstək olub, olur, olacaq.

Sadaladığım fəailiyyətlərin nəticəsində milyonlarla xəstə körpə şəfa tapır, bu xidmətin dəyəri isə heç bir kağız pulla ölçülə bilməz! Və həm şahidi olmuş, həm də eşitdiyim qədərilə neçə-neçə xəstəyə təmənnasız baxıb, şəhid ailələrinin körpələrini təmənnasız müalicə edib. Məsələnin təfərüatlarını bilmədən belə bir şəxsiyyətə qarşı olunan ön yarğılı davranış həqiqətən çox böyük haqsızlıqdır".

"Utanın ki..."
Məsələ ilə bağlı adıçəkilən həkim Əli Quliyev qısa açıqlama verib: "Təcili xəstə təcili yardıma müraciət edər. Poliklinika xəstəsi də poliklinikaya. Ən bəsit xəstəxana işləmə mexanizmindən xəbəriniz yoxdur, amma şərh yazırsız. Necə ki, təcili xəstəxən pul istənilməz, eləcə də təcili xəstənin həkim seçmək lüksü olmaz. Utanın ki, bilmədiyiniz məsələyə fikir bildirirsiz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar