Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qız atalarinin bilməli olduğu 8 MARAQLI FAKT

Tarix: 24-03-2018 19:53     Baxış: 2292 A- / A+
Qız atalarinin bilməli olduğu 8 MARAQLI FAKT

Xoşbəxt ailə xoşbəxt gələcək deməkdir. Xoşbəxt gələcəkdə isə gözəl, sevgi dolu uşaqlar böyüyür. Bəzən ailələr övladlarını qız və oğlan olaraq iki qrupa ayırır. Lakin, bu dəfə biz bu ailələrdən deyil, övladlarını cinsiyyət ayrımına görə yox, varlığına görə sevən ailələrdən, xüsusilə də ata və qızlardan danışacayıq. Əgər sizin də evinizdə qız övladınız varsa, bu yazını daha diqqətli oxuyun.

Manevr.az gencaile.az-a istinadən qız atalarının bilməli olduğu 8 maraqlı faktı diqqətinizə çatdırır

1. Qız uşağına sahib olan ataların qızlarına göstərmələri lazım olan bəzi davranışlar var. İlk öncə onlar bilməlidir ki, qızlar oğlanlara nisbətən daha həssas olurlar. Onlar daim sevgi, qayğı, sığal gözləyirlər. Siz onların nağıl qəhrəmanısız, nağıllar isə hər zaman xoşbəxt sonluqla bitir.

2. Evdə ilk olmaq qızların ən böyük arzusu olur. Xüsusilə qız uşaqları atalarından bir az soyuq və laqeyd münasibət gördüyündə küsürlər. Hətta sırf buna görə anası ilə mübahisə edən uşaqlar belə var. Qızların psixologiyası hər yaşda qısqanclığı alqılayır. Buna görə siz də qızınızı çox sevdiyinizi həm cümlələrlə, həm də davranışlarınızla göstərin.

3. Qızınızın sevdiyi oyunları birgə oynayın. İşdən evə yorğun gəlib dincəlmək üçün bir kənara çəkilməyin. Qızınız bəlkə də saatlarla sizin qapıdan içəri girib, onu "qızım" deyə səsləyib, əzizləməyinizi gözləyir. Onunla bacardığınız qədər çox vaxt keçirin. Qızlar atalarına düşkün olur.

4. Qızlar gələcəkdə həyatını paylaşacağı adamın atasına bənzəməsini arzu edir. Özünə seçəcəyi həyat yoldaşında sizi tapa bilməsi üçün bəzən onunla açıq danışmaqdan çəkinməyin.

5. Qızlarınıza həyatın al-əlvan rənglərdən fərqli olmasını da izah edin. Həyata bir gün gələn bir gün gedir. Onlara həyatın yalnız çəhrayı rənglərdən ibarət olmadığını başa salın.

6. Onunla dost olmağa çalışın. Qoyun bütün sirlərini sizə danışsın. Əks halda, siz onu ətrafdan müdafiə edə bilməyəcəksiz.

7. Doğru da etsə, səhv də etsə, onun yanında olduğunuzu daim hiss etdirin. Sevginizlə ona düz yolu göstərin, şiddətlə deyil.

8. Etdikləri səhvlərə görə qaşqabaq tökməyin və bağışlamağı bacarın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar