Xəbər lenti
Masazırın bitməyən problemləri - "Bura zibil atanın ... "
Fotolarda görünən su basmış küçələr hansısa ucqar kənd deyil, paytaxtın bir-neçə kilometrliyində yerləşən Abşeron rayon Masazır qəsəbəsidir.
Hazırda Bakıətrafı kəndlər içərisində ən çox məskunlaşmanın olduğu Masazır qəsəbəsinin kommunal strukturu onun böyüməsinə adekvat deyil.
Bərbad küçələr
Manevr.az – a danışan qəsəbə sakinlər bildirirlər ki, qəsəbənin əsas yolları qismən normal olsa da məhəllələrarası yollar bərbad vəziyyətdədir. Xüsusilə yağışlı havalarda bu yollardan istifadə etmək üçün gərək qeyri-adi “qabiliyyətin” olsun. Yağış sularının küçələri bu vəziyyətə salmasının əsas səbəbi kanalizasiya xətlərinin olmaması və yaxud da yetərsizliyidir. Hansı ki, bunun üçün bir neçə dəfə sakinlərin özlərindən də təmir adı ilə müxtəlif vaxtlarda pul toplanılıb. Abşeron rayon İcra Hakimiyyətinin və Masazır qəsəbə yerli icra orqanlarının nümayəndələri dəfələrlə ərazilərə baxışlar keçirsələr də indiyədək real iş görülməyib.
Elektriklər tez-tez kəsilir
Masazır qəsəbəsinin problemi yalnız yolların bərbad olması ilə məhdudlaşmır. Qəsəbənin ən ciddi çətinliklərindən biri də tez-tez baş verən elektrik kəsintisi və marşrut problemidir. Sakinlərin sözlərinə görə zəif küləkli və az yağmurlu havada belə elektriklər saatlarla kəsilir. Baxmayaraq ki, bir neçə il öncə kabelləşmə aparılıb, yenə də elektrikin verilməsində süni problemlər yaradılır.
Sakinləri "vərəmlədən" marşrut avtobusları
Qəsəbənin yeni yaşayış massivinə xidmət göstərən 569 saylı marşurut xətti isə sakinlərin ən yaralı yeridir. Marşrut xəttinin məsafəsi çox olmasa da burada digər müvafiq marşrutlardan fərqli olaraq gediş haqqı 25 qəpikdir. Lakin sakinlər süni qiymət artımından çox avtobusların bərbadlığından və xidmətin olduqca keyfiyyətsiz olmasından şikayətlənirlər. Xəttə işləyən bütün avtobuslar texniki cəhətdən nasazdı. Bu da həm sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradır, həm də onların saatlarla yollarda qalmasına səbəb olur.
"Bura zibil atanın ... "
Qəsəbənin küçələrini üfunət iyindən keçmək mümkün deyil. Əhəlinin sıx yaşadığı ərazilərdə bir dənə də zibil qutusuna rast gəlinmir. Küçələr boyu toplanan zibillər günlərlə yığışdırılmır və ciddi natəmizliyin yaranmasına səbəb olur. Sakinlər isə çarəni özünəməxsus mübarizə üsulunda tapırlar. Evinin qarşısındakı antisanitariyadan xilas olmaq istəyənlər plakatlarda yazırlar: "Bura zibil atanın... ", "Bura zibilxana deyil ay ... " və sair...
Qəsəbə sakinləri özləri də yenidən maddi vəsait toplamağa razıdırlar, təki sadalanan problemləri həll olunsun...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar