Xəbər lenti
İcra başçısının müavininə ev yıxmaq iddiası - məcburi köçkünün mülkü niyə uçurulub?
Barat Orucov: “Etibar Yolçuyev mənə Kəlbəcərə köçməyi məsləhət bilir”
Kəlbəcərdən olan məcburi köçkün Orucov Barat Nəriman oğlu redaksiyamıza müraciət edərək, problemlərini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat”dan kömək istəyib. O, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yolçuyevdən şikayətçidir.
B.Orucov bildirib ki, 10 il öncə Qaraçuxur qəsəbəsi, H.Mehbalıyev küçəsində 34 nömrəli evin qarşısında 56 kvadratın içərisində tikdirdiyi 3 otaqlı ev içərisindəki əşyalarla birlikdə icra başçısının müavini tərəfindən qanunsuz olaraq dağıdılıb:
“Evimi Suraxanı rayon İcra Hakimiyyətinin razılığı ilə tikdirmişdim. Etibar Yolçuyev qanunsuz olaraq evimi sentyabrın 1-də dağıtdırıb, evin içərisindəki əşyalarımız məhv edilib. Qızıl-zinət əşyalarımız, pullarımızın hamısı itib. Mənə deyirlər ki, sizə bildiriş göndərmişik, niyə gəlmirsiniz? Bizə isə heç bir bildiriş gəlməyib. Söküntü zamanı özüm iştirak etdim. Danışıq apardım ki, evimi sökməyin. Amma onlar polis çağırıb mənim həbs edilməyimi tələb etdilər. Bütün qanunsuzluqlar icra başçısının müavini Etibar Yolçuyev tərəfindən edilib. Söküntündən sonra dəfələrlə onun qəbuluna düşmək üçün müraciət etmişəm, amma əhəmiyyət verməyib. 1993-cü ildən Kəlbəcərdən məcburi köçkünəm. Qazandığım pulların hamısını bu evin tikintisinə sərf etmişdim. Bütün aidiyyatı qurumlara müraciət edib, kömək istəyirəm. Xahiş edirəm, mənə kömək edin. Müraciətimə ölkəmdə qiymət verən olmasa, xarici səfirliklərə müraciət edib, vətəndaşlığım haqqında ölçü götürülməsini xahiş edəcəm. Həmin söküntü zamanı ərazidə ikimərtəbəli evlər də sökülüb, 16 ailə köçürülüb. Ərazidə plakatlar vurulub. Bu plakatların üzərində “etibarlı əllər” yazılıb. İnsanlara müraciət edirlər ki, bizə müraciət edin, bizdə evlər var. Sonradan mənə məlum oldu ki, vətəndaşlara ev satan “Etibari” şirkəti elə Etibar Yolçuyevin imiş. Yolçuyev o qədər azğınlaşıb ki, mənə Kəlbəcərə köçməyi məsləhət bilir. Məgər Kəlbəcər var? Varsa, köçməyə hazırıq. Etibar Yolçuyev evimi məhkəmə qərarı olmadan qanunsuz sökdürdüyü üçün barəsində ölçü götürülsün. Qanunlarımız var, orada yazılır ki, məhkəmə qərarı olmadan vətəndaşın mülkiyyətinə toxunula bilməz”.
Yazıda adı keçən Etibar Yolçuyevin mövqeyini dərc etməyə hazırıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar