Xəbər lenti
ADPU-da II Pedaqoji form keçirilib
ADPU-nun Heydər Əliyev lektoriyasında II Pedaqoji Forumun «Biliyin qiymətlən-dirilməsinin fəlsəfəsi» mövzu-sunda dinləmələr keçirilmişdir.
Forumda universitetin rektoru prof.C.Cəfərov, unuversitet prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, professor-müəllim heyəti, QHT nümayəndələri, tanınmış və nüfuzlu təhsil ekspertləri, mətbuat işçiləri və tələbələr iştirak etmişdilər. Forumda ilk öncə əməkdar elm xadimi, professor Şahlar Əsgərovun «Biliyin qiymətləndirilməsinin fəlsəfəsi» mövzusunda məruzəsi dinlənilib. Məruzədə təhsilin problemləri və həlli yolları göstərilməklə, qiymətləndirmə sistemindəki problemlər öz əksini tapmışdır. Eyni zamanda iki məsələ diqqətə çatdırılmışdır:-Təhsil və Qarabağ probleminin ölkəmizin ən prioritet sahələrinin olduğu qeyd edilmişdir. Təhsildəki problemləri etiraf etməklə yanaşı, onun həlli yollarının birlikdə axtarılamsı və həyata keçirilməsi də ön plana çəkilmişdir. Pedaqoji universitetdə nəzəri biliklə yanaşı metodikanın öyrədilməsinə həyatı məsələ kimi baxılması da əsas hədəflərdən sayılması diqqətə çatdırılmışdır. Məruzə ətrafında geniş müzakirələr aparılmışdır.
Mirvari Verdiyev
ADPU-nun İqtisadi coğrafiya və CTM kafedrasının fəlsəfə doktoru
kalbajar.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar