Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polis polkovniki Faiq Ağayevə təşəkkür etdi

Tarix: 15-03-2018 14:59     Baxış: 3437 A- / A+
Polis polkovniki Faiq Ağayevə təşəkkür etdi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozmasına səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, V.Əsədov report-a deyib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarını bilməli və onları yerinə yetirməklə başqalarından da yerinə yetirməyi tələb etməlidir: "Hörmətli xalq artistimiz Faiq Ağayev faktı aşkarlayaq məlumat verməklə araşdırmanın aparılmasına və təsirli tədbir görülməsinə şərait yaradıb. Buna görə də ona təşəkkür edirəm. Sürücünün hərəkəti sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Bu kimi halların hesabına yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir və formalaşır. Eləcə də yol polisi əməkdaşı olmadan sürücülər tələblərə uyğun hərəkət etməyə üstünlük verirlər. Beləliklə, narahatçılıq aradan qaldırılır. Ümumiyyətlə, hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə mədəniyyət nümayiş etdirməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Həm də yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar