Xəbər lenti 
					
 
		Xərçəng xəstəsi olan məşhur aktyor gənclərə məsləhət verdi

Amerikanın məşhur aktyoru Ben Stiller prostat xərçəngi olduğunu açıqlayıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor iki il əvvəl prostat xərçənginə tutulduğunu və erkən diaqnoz ilə xəstəlikdən xilas olduğunu deyib: "2014-ci ilin iyun ayında mənə prostat xərçəngi diaqnozu qoyuldu. Sentyabrda isə yenidən test etdirdiyimdə xərçəng hüceyrələri azalmışdı. O üç ay sürət qatarında səfər idi. Nə olduğuna dair heç bir fikrim yox idi, amma araşdırmaya başlayanda bunun dünyanın sonu olmadığını anladım. Mənim xəstəliyimə erkən bir mərhələdə diaqnoz qoyulmuşdu. Tamamilə, tədbir olaraq edilən testlər mənim həyatımı xilas etdi. Əgər Amerika Xərçəng Dərnəyinin söylədiyi kimi 50 yaşıma qədər gözləsəydim, bu gün iki ildir böyüyən və müalicəsi çox çətin olan şişlə yaşamaq məcburiyyətində qalacaqdım. Ailəmdə xərçəng yox, yüksək risk qrupunda da deyiləm və xəstəliyin hər hansı bir simptomuyla da qarşılaşmadım. Ancaq bundan sonra daim yoxlanacağım. Gənclərə də məsləhət görürəm ki, xərçəng testi etdirsinlər”.
Stiller əlavə edib ki, ABŞ-da bir il içində prostat xərçəngi diaqnozu qoyulan xəstə sayının 180 mindir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















