Xəbər lenti
Məktəb bufetlərinə kim nəzarət edir? - VİDEO
Məktəb bufetlərində qidaların keyfiyyəti ilə bağlı davamlı olaraq yoxlamalar aparılır. Hələ ki, ciddi nöqsanlar yoxdur. Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, qidalarla bağlı hansısa neqativ məqamlar aşkar edilərsə Təhsil Nazirliyinin 146 saylı məlumat mərkəzinə məlumat vermək lazımdır.
Məktəb yeməkxanalarında qida standartlarına necə əməl edilməsi ciddi nəzarətdədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov bildirib ki, bununla bağlı davamlı olaraq monitorinqlər aparılır.
Aparılan yoxlamaların nəticələri hələ ki, qənaətbəxşdir.
Şahin İsgəndərovun sözlərinə görə il ərzində 3 - 4 dəfə ciddi yoxlamalar aparılır. Yoxlamalar daha çox tədris ilinin əvvəlində və sonunda təşkil edilir.
Sektor müdiri vurğulayıb ki, qida standartlarına əməl etməməyə görə məsuliyyəti xidmət göstərənlər daşıyır.
Əgər məktəb bufetlərində xüsusilə qidalanma ilə bağlı neqativ hal yaşanarsa, o zaman Təhsil Nazirliyinin 146 saylı telefon məlumat mərkəzinə məlumat vermək tövsiyə edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar