Xəbər lenti
Şirvan Milli Parkının ərazisində 13 ədəd partlamamış hərbi sursat tapılıb -FOTOLAR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 4-də Ağdam, Xocavənd və Salyan rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində əkin sahəsində 1 ədəd partlamamış F1 əl qumbarası aşkar edilərək götürülüb.
Xocavənd rayonu ərazisində əkin sahəsində isə partlamamış 152 mm-lik top mərmisi (OF-530) aşkarlanıb.
Salyan rayonunda Şirvan Milli Parkının ərazisində 13 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 100 mm-lik (PBR-412), 1 ədəd 57 mm-lik top mərmisi (O-271), 1 ədəd 85 mm-lik top mərmisi (O-365), 1 ədəd 45 mm-lik top mərmisi (BR-243), 2 ədəd 100 mm-lik top mərmisi (OF-412), 5 ədəd 37 mm-lik top mərmisi (OR-167) və 1 ədəd PQ raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 7 aprel - 04 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 528 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar