Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Can sağlığı dəyərli nemət imiş” - Üç gün komada qalan deputat

Tarix: 06-03-2018 20:14     Baxış: 3319 A- / A+
“Can sağlığı dəyərli nemət imiş” - Üç gün komada qalan deputat

"Şükür Allaha, vəziyyətim yaxşılaşıb, müalicəm davam edir və bu yaxınlarda yenidən işimin başına qayıdacağam”.
Bu sözləri oxu.az-a açıqlamasında bir müddət öncə ürəyində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən və komaya düşən Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

O bildirib ki, narahat olunası bir durum yoxdur və hər şey qaydasındadır:

"İndiki durumum, çox şükür ki, əvvəlkinə nəzərən yaxşıdır. Dünən həkimə getmişdim, dedilər ki, heç bir problemin yoxdur. Hazırda müalicəm ev şəraitində davam etdirilir. 3-4 gündən sonra yenidən işimin başına qayıdacağam.

Eşitdim ki, səhhətim pisləşəndə narahatlıq keçirib xeyli maraqlanan insanlar olub. Hər birinə təşəkkürümü bildirirəm. Hazırda Bulvarda gəzirəm. Ümid edirəm ki, o ağrılı günü yenidən yaşamaram. İnsanda can sağlığı çox dəyərli nemət imiş. Bunu adam xəstələnəndə bilir.

Bunlara baxmayaraq, öz seçicilərimi yalnız buraxmamışam. Rayona gedərək onlarla görüşlər keçirib, şikayətlərini dinləmişəm”.

Qeyd edək ki, 50 yaşlı millət vəkili Nəriman Əliyev bu ilin yanvarın 10-da ürək damarlarının tıxanıqlığı səbəbindən Respublika Müalicəvi Diaqnostika Mərkəzində anju əməliyyatı keçirmiş və elə əməliyyatdan sonra da komaya düşmüşdü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar