Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alman döyüşçünün 85 il əvvəl yazdığı - "Erməni soyqırımı" həqiqətləri

Tarix: 09-08-2016 11:34     Baxış: 3464 A- / A+
Alman döyüşçünün 85 il əvvəl yazdığı

Birinci Dünya müharibəsi dönəmində ermənilərin Osmanlıya etdiyi xəyanət və bunun nəticəsində də üsyançı və xəyanətkar ermənilərin yerlərinə oturdulması günü bu gün də dünyanın super dövlətləri tərəfindən Türk dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Bununla bağlı həmin dövrdə dünya mətbuatında müxtəlif yazılar dərc edilib.

Belə yazılardan biri də Almaniyada nəşr edilən “D.A.Zeitung” qəzetinin 1921 tarixli 297-ci sayında Qafqaz cəbhəsində türklərlə bir yerdə müharibədə iştirak edən bir almanın hadisələrə obyektiv baxışını əks edirən bir yazısı dərc edilib. Admiral.az həmin məqaləni təqdim edir:

“Bu mühakimədə Şərqi tanıyanlardan yalnız Tələt Paşanın yazıları həqiqət kimi görünür. Ermənilər məzlum, qurban kimi göstərilir. Bütün bunlar düzəliş və təkzib tələb edir...
Mən Qafqaz cəbhəsində 3 il yarım türklərlə bərabər müharibədə iştirak etdim. Vəziyyəti olduğu kimi deməyə çalışacağam... əvvəlcə ermənilər ilə türklər arasında münasibət çox yaxşı idi... Ermənilər Türkiyənin sülhsevər və sevilən təbəələri idilər. İki millət arasındakı nifrəti dini səbəblərə bağlamaq çox yayılmış bir anlayış olmaqla bərabər tamamilə yanlışdır. Onlara toxunmadığı təqdirdə türklər başqa dindən olanlara qarşı dünyanın ən güzəştə gedən insanlarıdır...

Səfərbərlik əsnasında ermənilərdə rus tüfənglərinin olduğu və Türkiyə erməniləri ilə rus ordu komandanlığı arasında qərarlaşdırılmış bir müqavilə mətni türk ordu komandanının əlinə keçdi. Bu sənədə görə ermənilər sabotaj etməyi və türk hissələrinə arxadan basqın etməyi vəd edirdilər.
Üsyan, göstərilən sənədlərdə yazıldığı kimi başladı. Türklər üsyan üçün ermənilərə heç bir bəhanə verməmişdilər. Buna görə də hadisələrin bütün qəbahəti ermənilərə aiddir...

Ermənilərdən çox danışılır, lakin 1916-cı ilin şiddətli qışı zamanı ölən çoxsaylı türklərdən heç danışılmır. Ermənilərin türklərə etdikləri zülmlərdən də, qırğınlardan da çox az danışılır. Məsələn, dəfələrlə, kəndin bütün sakinlərinin gözləri ermənilər tərəfindən çıxarılırdı. 1915-ci ilin aprel ayında türk əsirlərinin daşınması üçün istifadə olunan vaqonlar stansiyalarda günlərlə “unudulurdu” (!). Bir müddət sonra vaqonların qapıları açıldıqda, türk əsirlərinin cəsədləri ilə dolu olduğu aşkarlanmışdı. Belə düşmənlərə qarşı türklərin məzlum bir quzu kimi olmaları mümkün deyildi...

Bu hadisələrdə türklərin hərəkətləri təqdir edilməlidir...
Zülm və sərt münasibət göstərildikdə dindar ermənilər fəryad və şikayət edərlərsə, onlara “sizin əvvəlcə etdiyiniz kimi edirik” cavabı verilməlidir...”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar