Xəbər lenti
AMEA-da nə baş verib?- sabiq kadrlar şöbəsinin rəisindən SENSASSİYON FAKTLAR
AMEA-nın Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin sabiq müdiri Əlibala Ağayev qanunsuz işdən çıxarılmasını iddia edərək bu barədə ölkə rəhbərliyinə və mətbuata müraciət etmişdi. İnstitutun direktoru Bəxtiyar Məmmədov səsləndirilən iddiaları əsassız adlandırıb. Əlibala Ağayev isə, Bəxtiyar Məmmədovun mövqeyinin yalnış olduğunu əks etdirən müraciəti redaksiyamıza ünvanlayıb.
Manevr.az sözügedən müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli redaksiya! AMEA Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov institutun saytında mənim məktubuma açıqlama verərkən deyir ki, “Sumqayıt” Mənzil Tikinti Kooperativindən mənzil alınması məsələsinə gəldikdə ictimaiyyətin nəzərinə çatdırırıq ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi, AMEA-nın və Polimer Materialları İnstitunun mənafeyinə ziyan gətirə biləcək qanun pozuntusuna yol verməmişdir. Cümlədən də belə görünür ki, onlar qanun pozuntusuna yol veriblər, sadəcə özlərinin mənafeyinə ziyan gətirəcək şəkildə yox.Gülməli deyilmi. Sual olunar Bəxtiyar Məmmədov eləsə 52 il fəaliyyət göstərən Polimer Materialları İnstitutunun ərazisi 1966-cı ildən 2015-ci ilə kimi hər il ilin sonunda Əmlak Komitəsinə verilən hesabatda 2.8 ha göstərildiyi halda, nədən 2016-ci ildə 2.6 ha göstərilir .Bəs haraya getdi 0.2 ha ərazi?
O zaman ümumi işlər üzrə direktor müavini Rauf Babayev etiraz etsə də keçmiş direktor Akif Əzizov bildirdi ki, mənlikdə deyil artıq Fətəli “şapkasın” alıb, torpağıda satıb özüdə cavab verəcək. Bəxtiyar Məmmədov açıqlamasında yazır ki, Əlibala Ağayevin işdən çıxarılması ilə bağlı Fətəli müəllimdən heç bir “tapşırıq” gəlməmişdir. Elə isə məni dəfələrlə otağına çağırıb “Get Fətəli müəllimlə razılaş, adam tap tapşır. Məndən tələb edir ki, səni işdən çıxarım” deyən siz deyildinizmi, Bəxtiyar müəllim?
Hörmətli redaksiya! Bəxtiyar müəllimin bu söhbətindən sonra Fətəli Abdullayevlə tanış olan ən azı on nəfər mənim işdən çıxarılmamağım üçün ondan xahiş etsələr də o, bu işdən qərarlı olduğunu, “Mən nə qədər AMEA-dayam Əlibala AMEA-da işləməyəcək” demişdi. Çünki mən onun çirkin əməllərinin üstün açır, onun qanunsuz əməllərinin həyata keçməsinə mane olurdum. Hörmətli redaksiya, gəlin Polimer Materialları İnstitunun içərisinə baxın. Onda F. Abdullayevin təmir üçün ayrılmış vəsaitin hara xərclədiyinin şahidi olacaqsınız. İnstitutun bir korpusu qismən təmir olunsa da digər korpusu bərbad vəziyyətdədir. Təmir olunmuş korpus təhvil-təslim aktı olmadan işçiləri F.Abdullayevin göstərişi ilə oraya köçürdülər. Buna etiraz edən o zamankı elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Valeh Cəfərov da Abdullayevin qəzəbinə tuş gəldi və onu da bir bəhanə ilə müavinlikdən uzaqlaşdırdı.
Bu gün AMEA İşlər idarəsinin müdiri olan Fətəli Abdullayev öz səlahiyyətlərini də aşaraq AMEA-da hər bir işə müdaxilə edir.Kadr işlərindən tutmuş, ştat cədvəlinin tərtibi, dərəcələrin artırılması və sair vəzifəsindənkənar məsələlərə müdaxilə edir. Bu gün AMEA-da Fətəli Abdullayev Akif müəllimin kəndxudası rolunu oynayır, onun kəsdiyi başa da sorğu-sual yoxdu. Çünki özü deyir ki, arxası yuxarılara bağlıdı. Mən hörmətli Prezidentimiz İlham Əliyev cənablarına ünvanladığım məktubda da bütün bunları yazmışam.
Məni yalan danışmaqda ittiham edən Bəxtiyar Məmmədovun özünün elmi plagiatlıqla necə məşğul olması barədə hamı bilir. Yaxud ondan niyə soruşan yoxdur ki, sənin analıq məzuniyyətində olan qızın necə müdafiə edərək alimlik dərəcəsi alıb?"
Hörmətlə Əlibala Ağayev
P.S. Manevr.az olaraq qarşı tərəfin möveyini işıqlandırmağa hazırıq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar