Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

40 bacı-qardaşı olduğunu öyrəndi, hamısını bir-bir tapdı - GÖRÜLMƏMİŞ OLAY

Tarix: 19-02-2018 22:45     Baxış: 2369 A- / A+
40 bacı-qardaşı olduğunu öyrəndi, hamısını bir-bir tapdı - GÖRÜLMƏMİŞ OLAY

Süni mayalanma yolu ilə dünyaya gələn amerikalı Kianni Arroyo eyni atadan doğulan 40 bacı-qardaşını internet vasitəsilə axtararaq tapıb.

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, Orlandoda yaşayan Kianni Arroyo ilk olaraq 5 il əvvəl, ikinci kursda oxuyarkən axtarışlara başlayıb və müxtəlif ölkələrdə yaşayan, eyni atadan, lakin fərqli analardan doğulan 40 bacı-qardaşını tapmağa müvəffəq olub..

Kianninin bacı-qardaşları Amerikadan başqa, Kanada, Avstraliya və Yeni Zelandiyada yaşayır. 21 yaşında olan Kianni bacı qardaşları arasında ən böyüyüdür. Ən kiçiyi isə hələ 5 aylıqdır. Hazırda ofisiant kimi çalışan Kianni bunları deyib: “Məni anam böyüdüb. Süni mayalanma yolu ilə dünyaya gəldiyim barədə həqiqəti həmişə danışıb. Hər zaman haqqımda daha çox məlumat almaq və bacı-qardaşlarımın olub-olmadığını öyrənmək istəyirdim. Nəhayət, istəyimi reallaşdırdım. Rəsmi qeydləri əldə etmək üçün xeyli səy göstərdim".

O, ilk olaraq 20 yaşlı Joanna ilə tanış olub. İki bacı qısa zamanda yaxşı dost olublar. Bir-birlərini hər ay görürlər.
40 bacı-qardaşın 30-u Kianni ilə tanış olmaq təklifini həvəslə qəbul etsə də, 10-u heç bir cavab verməyib: “Bacı-qardaşlarımla ilə çox yaxşı yola gedirik. Tanış olduğumuz zaman tez bir zamanda bir-birimizə isinişdik. Əvvəllər heç qarşılaşmasaq da, eyni atanın övladları olmaq aramızda xüsusi bir əlaqə yaradır və özümüzü rahat hiss etməyimizi təmin edir".
Anonim qalmaq istəyən atası ilə də tanış olan Kiaani, ilk dəfə 18 yaşında ikən tanış olduqlarını, bu görüşə anası Ruthun da qatıldığını, üç dəfə bir yerdə olduqlarını və atasını “həqiqətən havalı bir adam” kiimi təsvir edir.

Bildirilir ki, Kianni Arroyonun atası könüllü sperma donorudur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar