Xəbər lenti
İNANILMAZ: bu cür insanlardan UZAQ DURUN! - Xəbərimiz olmadan beyniniz...
Eyni mühitdə olan insanların beyinlərinin bir-biri ilə danışdığını desələr, inanarsınız? İnanın. Ən azından ABŞ-ın Northvestern (Şimal-Qərb) Universitetinin nevrologiya üzrə professoru Moran Cerf beynin elektrik siqnalları sinxroniyası ilə bağlı araşdırmalarına görə vəziyyət belədir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, M.Cerfin 10 ildən çox bir dövrdə insanların qərar qəbul etmə müddətlərini incələyib.
Bunun üçün o sadəcə beyin siqnallarının fəaliyyətini incələmir, həmçinin insanların fərqli hadisələrə reaksiya verərkən beyinlərinin hansı bölgələrinin fəaliyyətə keçməsi ilə bağlı rentgen nəticələrini də araşdırır. Araşdırmaya görə insanlar birlikdə vaxt keçirdikdə, onların beyin dalğaları da bir-birinə bənzəməyə başlayıb. Hətta bəzilərində tam eyni olub.
M.Cerf eyni mühitdə olan insanların beyinlərinin fəaliyyətini kompüter ekranında izləyib.
“Sadəcə iki həftə sonra eyni filmi izləyən, eyni kitab oxuyan, ancaq bir-biri ilə danışan insanların dil, hiss və həyata baxışlarında ortaqlıq diqqət çəkir”- deyə, alim açıqlayıb.
Bunu nəzərə alan alim bildirib ki, həyatda verdiyiniz ən doğru qərar kiminlə vaxt keçirməyiniz barədə verdiyiniz qərardır.
“Yaxınlığınızdakı insanların sizin üzərinizdəki təsiri böyükdür. Ən böyük təsir isə zamanla ona bənzəməyinizdir. Əgər 10 il boyunca pis xarakterli biri ilə vaxt keçirsəniz, bu həyatınıza çox böyük təsir göstərəcək”.
Seçimlərimizin bizə necə təsir etməsi istiqamətində araşdırma aparan M.Cerf bildirir ki, beyin dalğalarınız bir müddət sonra birlikdə vaxt keçirdiyiniz insanın beyin dalğalarına bənzəyir. Ona görə də, seçim edərkən qarşınızdakının davranış və düşüncələrini nəzərə alın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar