Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

QADINLAR OXUSUN: hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

Tarix: 16-02-2018 23:12     Baxış: 2301 A- / A+
QADINLAR OXUSUN: hamiləlikdə lazer epilyasiyası etdirmək olar?


Bir çox ana namizədi hamiləlik hormonlarının da təsiriylə artan tüklənmədən narahat olurlar. Ancaq nəzərə alsınlar ki, doğuşdan sonra bu tüklərin çoxu öz-özünə tökülür. Bu səbəbdən də lazer epilyasiyası etdirməyə tələsməsinlər.

Qadınların çoxu hamiləlik zamanı lazer epilyasiyası etdirməkdən çəkinirlər. Onlar bunun uşağa ziyan olacağından narahatdırlar. Manevr.az hamiləlik dövründə epilyasiya ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Mütəxəssislər bildirir ki, lazer epilyasiyasının körpəyə və anaya hər hansı bir zərəri yoxdur.
Lazer işıq enerjisi istifadə edilən bir texnikadır. Ortaya çıxan elektromaqnit işıldama rentgendə istifadə edilən X-şüalarından fərqlidir və toxuma içində irəliləmə xüsusiyyəti yoxdur. Yəni bu şüa sizi tüklərdən xilas edərkən toxumalarınıza da təsir edəcəyindən narahat olmağa dəyməz. Lazer epilyasiyası işığı yalnız əməliyyatın edildiyi sahəyə, məsələn yalnız üzə təsir edir və təsir sahəsi yalnız bir neçə milimetrlə məhdudlaşır. Bu səbəbdən də ananın qarnında olan körpəyə çatması və ya zərər verə bilməsi mümkün deyil. Bənzər şəkildə radio dalğalarıyla işləyən epilyasiya sistemləri də körpə ilə əlaqəli risk daşımır. Bu cihazlar X işığı ilə işləyən rentgen cihazlarına nisbətən daha aşağı tezlik və enerjidə radiasiya ilə işləyir.
Bundan daha əhəmiyyətlisi isə budur ki, haqqında danışılan radiasiya, ionlaşdırıcı xüsusiyyəti olmayan radiasiyadır. Əməliyyat bitdikdə ortada radiasiya da qalmır. Bu səbəbdən də hamiləlikdə istifadəsi ilə əlaqədar risk haqqında söhbət gedə bilməz. ailem.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar