Xəbər lenti 
					
 
		Erməni rejissor Sarkisyana: ''Qatarınız artıq gedib, hətta relsləri də sökülüb''

Ermənistan prezidenti Serj Sərkisyanın təyin etdiyi yeni hökumətin ölkənin düşdüyü ağır situasiyadan qurtara bilməyəcəyini deyən tək-tük insanlardan biri də rejissor Hrant Vardanyandır.
Rejissor öz feysbuk səhifəsində Sərkisyan hökuməti haqqında ürək sözlərinm paylaşıb:
“Moskvadan, Karen Karapetyan olmasın, kim gəlirsə, gəlsin, hətta Vladimir Putin özü baş nazir olmağa razılıq versə belə, yenə də qurtula bilməyəcəksiniz. Hətta Putini “Papa” deyə taclandırmağınız sizi xilas edə bilməyəcək. Hətta sizin 100 belə İsgəndəriniz olsa və siz onları imarətlərinizdə saxlasanız belə yenə də uduzursunuz. Çünki siz uduzaraq gəlmisiniz, hətta uduzaraq dünyaya gəlmisiniz və bu cür də gedəcəksiniz.
Sizin çekist ədalı və meşşansayağı dar düşüncəli və bolşevik həyasızlığı ilə qatarınız artıq gedib. Hətta relsləri də sökülüb. Siz hamınız bir nəfərə kimi keçmişin qalıqları, ölməklərinə inanmadıqları üçün bu dünyadan köçmək istəməyən ölü ruhlarsınız.
Sizlərdən ötrü özünüz kimi meyid vəziyyətində olan Moskvadan xüsusi reanimatoloqlardan ibarət xüsusi qrup göndəriblər ki, burada rus ağalarınızın ölkəni dağıtmaqla bağlı planını yerinə yetirmək mümkün olsun.
Yadda saxlayın, siz artıq yoxsunuz, sizin yerinizə isə talan etdiyniz pullar danışır, lakin bu da əbədi deyil.
Hələ bu vaxtə qədər külə dönüb özündən sonra hətta adındakı bir hərfi belə qoymayaraq yola salınan və gedən olmayıb. Lakin tezliklə gələnlər bir vaxtlar sizin qızıl, bolşevik dədələrinizə etdikləri kimi, sizin adınızı yox edəcəklər ki, ölkə tarixində rəzil səhifələrdən biri silinsin...".Haqqin.az.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















