Xəbər lenti
Təhsil müəssisələrinə verilən vaxt bu gün BAŞA ÇATIR
Namizədlərə təhsil müəssisələrinin ünvanını dəqiqləşdirərkən internet səhifəsindən istifadə etmələri tövsiyə olunur.
Paytaxtdakı ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi bu gün başa çatır.
Manevr.az bildirir ki, bu barədə modern.az-a Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlər 11.02.2018-ci il saat 24:00-dək vakansiya seçimi edə bilərlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri əsasında vakansiya seçimi 07.02.2018-ci il tarixdən başlayıb.
Nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə keçid balları müəyyənləşdirilib. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 27, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 17, laborant vəzifəsi üzrə 15 bal olub.
Qeyd edək ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib. Hər bir namizədin 5 vakant yer seçmək imkanı var.
Namizədlərə vakansiya seçimi edərkən yaşayış yeri və iş yeri arasındakı uyğunluğa diqqət yetirmələri, yalnız işləmək arzusunda və iqtidarında olduqları iş yeri üzrə vakansiya seçimi etmələri, bu məqsədlə təhsil müəssisələrinin ünvanını dəqiqləşdirərkən https://bakimektebleri.edu.az/ internet səhifəsindən istifadə etmələri tövsiyə olunur.
Təcrübə göstərir ki, bir çox hallarda iştirakçı qeyd edilən amili nəzərə almadan vakansiya seçimi edərkən sonradan işə qəbuldan imtina etməli olur. Belə ki, yerləşdirmə sistem vasitəsilə, müsabiqənin yekunu üzrə iştirakçıların nəticələrinə əsasən aparıldığından sonradan hər hansı dəyişikliyin aparılması mümkün olmur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar