Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Qaralov Əli İnsanov haqqında nə dedi? - "Nə deyəsiyəm ki... "

Tarix: 01-10-2016 12:47     Baxış: 4558 A- / A+
Zakir Qaralov Əli İnsanov haqqında nə dedi?


Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov Gununsesi.info-nun gunun əsas mövzuları ilə bağlı suallarını cavablandırıb. Baş prokurorun cavabını təqdim edirik:

- Cənab baş prokuror, Azərbaycan cəmiyyətini narahat edən bir sual hələ də açıq qalır. Niyə, Eldar Mahmudov həbs olunmur? Bu şəxsin rəhbəri olduğu qurumda 20 nəfər vəzifə cinayətlərinə görə, həbsdə olduğu halda o, azadlıqdadır.

- Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür, kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq.

- Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin prokurorları MTN müstəntiqlərinin qanunsuzlulqarına göz yumub. Bəs, Baş Prokurorluğun rəhbərliyi bu cür halları araşdırıb, tədbirlər görübmü?

- Sizin fikrinizlə, tam razı deyiləm. Çünki, istintaqın tam araşdırma predmeti olan işlər üzrə tam əksəriyyəti MTN-nin icraatında olmayıb. Həmin şikayətlər üzrə qeydiyyatdan keçirilməyib. Konkret cinayət işləri üzrə qanunsuzluq faktları olub. Bu faktlarla bağlı həm də xidməti araşdırma aparırıq. Xüsusi vurğulamaq istəyirəm ki, Baş Prokurorluq öz məsuliyyətini kənarda qoymur. Əgər belə faktlar müəyyən olunacaqsa, həmin əməkdaşlarımız barəsində tədbirlər görüləcək.

- Əli İnsanov barəsində ne deyə bilərsiniz?

- Nə deyəsiyəm ki…Cinayət törədib ki, cinayət işi də başlanıb.

- Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin pozuntusu barədə qərarlar da artır. Niyə, ölkəmizdə həbs-qətimkan tədbiri kütləviləşib?

- Mən sizlə razı deyiləm ki, bu, belədir. Əgər bir-iki iş olubsa, bunu ümumiləşdirib, qiymət vermək olımaz. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq və icra edirik.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar