Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı məşhur kafedən qadağa - Sevgililər yanaşı otura bilməz

Tarix: 08-02-2018 14:40     Baxış: 3317 A- / A+
Bakıdakı məşhur kafedən qadağa - Sevgililər yanaşı otura bilməz

Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bazaar Delights Cafe"nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib.

Onlara bildirilib ki, yeni qaydalara əsasən, cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib.

Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi Feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.

Sayt məsələyə aydınlıq gətirmək üçün kafe ilə əlaqə saxlasa da, administratorun hazırda işdə olmadığını bildiriblər: "Bu məsələdən administrator danışa bilər, o da burda deyil".

Kafenin rəsmi səhifəsində müştərilərə cavab olaraq bildirilib ki, iaşə obyekti özəl müəssisədir və müdiriyyət tərəfindən müxtəlif qaydalar tətbiq oluna bilər:

"Elə bir təəssürat yarandı ki, sanki, bizim kafeyə ancaq qucaqlaşmaq üçün gəlirlər. Burada heç bir qanuna zidd hal yoxdur. Siz bilirsiz ki, bəzi məkanlara müştəriləri, hətta "dress kod"suz buraxmırlar. Biz öz müştərilərimizi yaxşı tanıyırıq. Onlar bizim kafeyə uyğun qiymətə dadlı təamlar yemək üçün gəlirlər. Razılaşın ki, qucaqlaşmaq üçün kifayət qədər yer var, biz, sadəcə, yemək veririk, başqa heç nə".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar