Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qışda kökəlməyinizin 5 səbəbi

Tarix: 07-02-2018 12:23     Baxış: 3257 A- / A+
Qışda kökəlməyinizin 5 səbəbi

Soyuq havalarda çöldə keçirdiyimiz zamanın çox azalması nəticəsində daha az hərəkət etməyimiz, idman etməyə ara verməyimiz və televiziya qarşısında daha çox zaman keçirməyimiz kökəlməyə əsas səbəblərdən birini meydana gətirir.

Çoxlu şokolad və makaronun yeyilməsi
Manevr.az deyerler.org-a istinadən bildirir ki, qış dövründə soyuq hava səbəbilə bədən istiliyinin təmin edilmə müddəti tez-tez aclıq hissi keçirməyə səbəb olur. Bununla yanaşı gün işığından daha az faydalandığımız üçün daha depressiv oluruq. Bu ruh halı bizi xüsusilə şokolad, şirin və makaron kimi karbohidrat tərkibli qidaları istehlak etməyə səbəb olur. Çox miqdarda şirin və karbohidratlı qidalara yönəlmək, davamlı bir şeylər yemək də çox kalori qəbuluna gətirib çıxarır.

Az miqdarda suyun içilməsi
Qış mövsümündə kökəlməyimizin bir başqa əhəmiyyətli səbəbi kifayət qədər su içməməyimiz ola bilər. İnsan bədəninin yarısından çoxu sudur, bu səbəbdən suyun hava qədər həyati dəyəri var. Sağlamlıq üçün ən çox ehtiyac duyulan qida elementi olan su, eyni zamanda maddələr mübadiləsinin nizamlı işinə, bədənin fiziki və kimyəvi fəaliyyətlərini düz yerinə yetirməsinə, beyin funksiyalarının problemsiz işləməsi sayəsində depressiya və yorğunluğun önlənməsinə və bədəndə yaranan toksinlərin atılmasına qatqı təmin edir. Bu təsirləri sayəsində də çəki idarəsi və arıqlamağa fayda verir. Bədənin maye ehtiyacı isə ortalama 3 litr qədər olur. Lakin bunun ən az 1,5 litri su olmalıdır. Unutmayın ki, içilən digər mayelər suyun yerini tutmur.

Yuxu nizamsızlığı
Qaranlıq uzun gecələr yuxu nizamsızlığına, daha az yatmağa və ya tez-tez oyanmağa səbəb ola bilir. Bu vəziyyət də gecə qidalanmağa yol açır. Bu səbəbdən yuxu saatlarını yaxşı planlamaq çəki idarəsində əhəmiyyətli bir rol oynayır.

D vitamini çatışmazlığı

Qış aylarında günəş işığından çox az yararlandığımız üçün D vitaminindən zəngin ton balığı, somon, yumurta, pendir, kərə yağı kimi qidaları süfrənizdən əskik etməyin. D vitamini bədənin kalsium və fosfor tarazlığını qoruyur, bu səbəbdən sümük bərpasını təmin edir, immun sisteminin yaxşı işləməsində əhəmiyyətli bir rol oynayır. Bundan əlavə, edilən işlərdə bədənində qeyri-kafi D vitamini olan kəslərdə çəki qəbulunun daha çox olduğu müəyyən edilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar