Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İnsanlarla din arasında ən böyük maneə elə dindarların özüdür” - Hacı Şahin

Tarix: 26-01-2018 15:32     Baxış: 3514 A- / A+
“İnsanlarla din arasında ən böyük maneə elə dindarların özüdür” - Hacı Şahin


"Buna əminəm ki, din daxilində kifayət qədər ləyaqətsiz, dindən kənarda isə çox sayda ləyaqətli insanlar var”.

Bu sözləri "Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Şahin Həsənli təəssüf hissi ilə bildirib ki, bu ləyaqətsizlər ləyaqətlilərin dinə gəliş yolunu bağlayır:
"Hərdən düşünürəm ki, insanlarla din arasında ən böyük maneə elə dindarların özüdür. Unutmayaq ki, dünyada ilk dava iki dindar arasında baş verib və dindarın qatili də elə dindar olub. Praktiki müstəvidə də kifayət qədər nöqsanlarımız var (dini cameəni nəzərdə tutur – red.). İstəsək də, istəməsək də, din bizim davranışımızla tanınır. Bəyənmədiyimiz Qərb mədəniyyətinin təsirinə düşənlərin çoxu nəzəri bəhslərdən təsirlənməyib, onların təqdim etdiyi modelin cazibəsinə düşüblər. Nəzəriyyədə biz onları üstələyə bilərik, amma müasir insan bir çox hallarda bizim danışdığımızı dinləmir, bu bəhslər ona yorucu görünür. Alternativ yaşam modeli təqdim etməkdən başqa yol yoxdur”.

İlahiyyatçının sözlərinə görə, hamıya kin-küdurət bəsləyən, elementar ünsiyyət mədəniyyətinə malik olmayan dindar stereotipi din qarşısında həmişə sədd olub, olacaq da:
"Dinə xidmətin ən önəmli şərti geniş qəlb və ürək yanğısıdır, intellekt və bəsirətdir. Nümunələr təqdim etmək zamanıdır. Dini səmimi yaşayan, insanlara sevinc bəxş edən, qəlbində onların qəmini daşıyan bir dindarın varlığı, din haqqında saatlarla bəhs etməkdən daha effektivdir. İnsanlar nəzəriyyə yox, nümunə axtarışındadır”./minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar