Xəbər lenti 
					
 
		Azərbaycanda ŞAİR TƏHSİL NAZİRİ OLACAQ? -FOTO

Xəbər verdiyimiz kimi, ölkə başçısının sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilib. Artı iki aya yaxındır ki, sözügedən nazir postu boşdur. Bu müddət ərzində təhsil naziri vəzifəsinə namizəd kimi bir neçə adamın adı hallandırıldı. Ölkə mediasında gündəmə gətirilən şəxslərin hələ heç biri həmin kürsüyə sahib olmayıb.
Bu gün növbəti bir namizəd nazir olmaq arzusunu özü gündəmə gətirdi. Şair, jurnalist, pedaqoq, idmançı Xan Rəsuloğlu özünü bütün parametrləri ilə bu vəzifəyə uyğun bilir.
Manevr.az X.Rəsuloğlunun sosial şəbəkədə özünütəqdim edən qeydlərini olduğu kimi oxuculara çatdırır:
"Təhsil naziri olmağa layiq adam kimi Xan Rəsuloğlunu namizəd göstərirəm...Keçdiyi həyat yolu (BDU fil.fak(1984-90), Moskvada xüsusi kurslar Artekdə pioner b/dəstə rəhbərliyi, 2 institutda və 4 məktəbdə müəllim, 2 ilə yaxın sambo və qaydasız döyüş üzrə məşqçi, 30 ilə kimi kitabçılıq,
30 ilə kimi jurnalistlik-redaktorluq fəaliyyəti, AYB üzvü, 12 kitab müəllifi..... (18-20 kitablıq da əlyazma). 1976-78-ci illərdə "Cırtdan" tv.teatrında 8 tamaşada baş rolun ifaçısı, 1976-cı ildə Krımda, "Artek"-də mahnı festivalının qalibi və klub-kafe "Evrika" (gələcəyin dahiləri) dərnəyinin rəhbəri...və s fəaliyyətləri də əlavə etmək olar ki, bunlar da həyat səlnaməsinin yalnız üzdə olan tərəfidir.
Oxuduğu minlərlə pedaqoji-psixoloji-fəlsəfi-bədii-elmi-populyar kitab, dərgi və qəzetlər, 1978-ci ildən bu yana oxuduqlarının konspektləri...
Təhsil sisteminin effektliliyini azı dünya səviyyəsinə qaldıra bilmək üçün konsepsiyası, strategiyası.
Ən vacibi: Xalqına xidmət arzusuyla yaşayır. Dünyaya da sayğısı olan bir ürək sahibidir."
Qeyd edək ki, hazırda təhsil naziri vəzifəsini müvəqqəti olaraq Ceyhun Bayramov icra edir.
Təbii ki, son söz ölkə başçısınındır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















