Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

Tarix: 24-01-2018 09:38     Baxış: 3272 A- / A+
Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Qeyri-adi hadisə ilə bağlı ailem.az-a məlumat verən uşaq cərrahiyyəsi və urologiya uzmanı Fuad Hüseynov deyir ki, 2 yaşlı uşağı onların yanına gətirərkən sol ağciyəri tamamilə bağlı olub, yəni işləməyib. Səbəb isə belə olub: "Valideynlərinin dediyinə görə, uşaq manna sıyığı yedikdən sonra yatıb və gecə saatlarından başlayaraq, onda təngnəfəslik, temperaturun yüksəlməsi müşahidə olunub. Buna görə də onlar müxtəlif klinikalara müraciət ediblər. Artıq bizə müraciət etdiklərində hadisənin üzərindən 24 saat keçmişdi".

F.Hüseynov bildirir ki, uşaqda ciddi təngnəfəslik, 38.5-39.0 dərəcə temperatur, SPO2, yəni qanda oksigenin səviyyəsi düşməyə meylli olub: "Aparılan müayinələrə əsasən müəyyənləşib ki, uşağın sol ağciyəri tamamilə bağlıdır.

Gec saat olmasına baxmayaraq, uşaq təcili əməliyyat otağına alındı. Bronxoskopiya, yəni işıqlı alətlə nəfəs borusuna baxılarkən sol ana bronxun manna sıyığı ilə dolu olduğu görüldü. Bu barədə ailə dəqiq məlumat vermir, amma böyük ehtimalla uşaq yeyərkən ya öskürüb, ya da qusub və nəticədə manna bronxlara qaçıb. Uşağın bronxlarını yuyaraq təmizlədik. Əməliyyatdan bir gün sonrakı rentgendə sol ağciyərin tamamilə açıldığını gördük. Uşağı 2 gün sonra pediatr nəzarətində olmaq şərti ilə sağlam şəkildə evə yola saldıq".

Manevr.az
Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu
Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar