Xəbər lenti 
					
 
		Zorla nişanlanan 15 yaşlı oğlanın ailəsi tapıldı və... – bunları dedi - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.
Manevr.az xezerxeber-ə istinadən bildirir ki, hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. “XəzərXəbər” həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə vermədi. Sadəcə “bu, bizdə el adətidir” deməklə kifayətlənib.
Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.
Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər.
İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədir.
Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.
Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır… Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















