Xəbər lenti 
					
 
		Azərbaycan rəqsləri Cənubi Afrikada -FOTOLAR

21-25 sentyabrda Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində Dance Star Rəqs Müsabiqəsinin Dünya Turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyindən verilən məlumata görə, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyin nəzdində olan və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Yurd” rəqs ansamblı təmsil olunub. Ansambl bir neçə Azərbaycan milli və klassik rəqslərini təqdim edib. Cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, Dance Star Beynəlxalq Rəqs Müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq. //Trend
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















