Xəbər lenti
Güclü yağış Bakıda fəsadlar törədib -FOTOLAR

Sentyabrın 28-də axşam saatlarında Bakıya güclü yağış yağıb.
Yağış nəticəsində paytaxtın bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Yağış iş saatının sonunda gücləndiyindən yollarda uzun tıxaclar yaranıb, bəzi maşınlar suda batıb. Xüsusilə Ziya Bünyadov prospektində yolun hərəkət hissəsini su basdığından, prospektdə hərəkət bir neçə saat tam dayanıb.
Bakı Beynəlxalq Avtovağzalının yeraltı dayanacağını da su basıb.
Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Maşınlarda köməksiz qalan insanlar xilas edilib, küçə və prospektlərdən su çəkilib.
Gecə saatlarında Bakının bütün küçə və prospektlərində nəqliyyatın hərəkəti bərpa olunub.apa


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































