Xəbər lenti
Bu problemi olan kişilərə SEKSOPATOLOQDAN 10 MƏSLƏHƏT
Androloq-seksopatoloq Orxan Ağabəyovun məqaləsini təqdim edirik.
Erkən boşalma (erkən eyakulyasiya) - hər iki partnyorun seksual məmnunluq almaları üçün kifayət edəcək dərəcədə cinsi aktın müddətinə kişinin nəzarət edə bilmədiyi vəziyyətdir. Erkən eyakulyasiya kişilərdə ən geniş yayılmış seksual problemdir (40% hallarda rast gəlinir).
Erkən boşalma - çox incə kişi problemidir. Azərbaycanda bu cür problemləri olan əksər kişilər mütəxəssislərə çox nadir hallarda müraciət edirlər və ümid edirlər ki, "hər şey öz - özünə keçib gedəcək" və ya sadəcə bilmirlər ki, erkən eyakulyasiya müvəffəqiyyətlə müalicə olunur. Erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir, çünki onun mövcud olması kişilərdə öz-özünə qiymət vermə və həyat keyfiyyətinin azalmasına səbəb olur, partnyora mənfi təsir göstərir və cinsi münasibətləri korlayır.
Sağlam kişilərdə cinsi akt orta hesabla 7.3 dəqiqə davam edir. Lakin erkən eyakulyasiyanı yalnız cinsi aktın müddətinə görə qiymətləndirmək olmaz. Orqazma 2 dəqiqədən də az vaxta çatan bir qadın üçün 2 dəqiqə müddətli cinsi akt ilə kişi tamamilə sağlam kimi qiymətləndirilə bilər. Orqazma çatmaq üçün 10 dəqiqədən artıq vaxt tələb olunan qadın üçün 7.3 dəqiqəlik cinsi akt zamanı kişi erkən eyakulyasiyalı kimi qiymətləndirilə bilər.
Səbəblər
• Cinsi əlaqədən uzun müddət ərzində çəkinmə və ya cinsi əlaqələrin və masturbasiyanın aşağı tezliyi, bunun nəticəsində cinsi ehtirasın artması baş verir;
• Cinsi akt zamanı ereksiyanın vəziyyətinə görə narahatlıq və qorxu, öz partnyorunu razı salmamaq səbəbindən həyəcan;
• Koitusun aparılması üçün pis, əlverişsiz şərtlər səbəbindən ("ayaqüstü seks") baş verən eyakulyasiyanın tezləşməsinə görə vərdiş;
• Qadının intensiv, ehtirası oyadan təsiri (onun böyük cazibədarlığı, bədən hərəkətləri);
• Enurez;
• Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər);
• Penisin dərisinin həddən artıq həssaslığı;
• Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması;
• Uğursuzluğun beyindən çıxmayan gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar.
Müalicə
1. Xəstəliyin səbəbi olmuş iltihabi xəstəliklərin müalicəsi.
2. Cinsi, psixoloji, davranış terapiyası, özünü tənzimləmə və yayındırma metodu.
3. Həddən artıq həssaslığın konservativ müalicəsi - prezervativ və keyləşdirici məlhəmlər vasitəsilə aparılır.
4. Farmakoterapiya - antidepressantlar, anksiolitiklər və potensiyanın yaxşılaşdırılması üçün istifadə olunan preparatların vasitəsilə aparılır.
5. Cərrahi müalicə - birləşdirici pərdənin plastikası, sünnət və penisin başının mikrocərrahi denervasiyası.
Tövsiyələr
1. Uzun müddətli çəkinmə dövrləri olmadan müntəzəm cinsi həyat yaşayın. Məqsədə uyğundur ki, kişi bunu etmək qabiliyyətindədirsə, cinsi akt təkrarlansın (bir gün ərzində). Bu zaman kişidə cinsi əlaqənin müddəti uzanır, qadında isə orqazm sürətlənir, çünki onda birinci yaxınlıqdan sonra ehtiras qorunub saxlanılır.
2. Ayrı-ayrı hallarda yayındırma metodundan istifadə etmək olar: cinsi akt zamanı kişi öz diqqətini ayrı istiqamətə yönəldir: məişət problemləri haqqında fikirləşir və s.
3. Aktın uzadılması o zaman mümkündür ki, kişi cinsi orqanın dərin daxil edilməsi zamanı yalnız qısa təkanlar verir. Bu zaman ən həssas hissə olan cinsi orqanın başı uşaqlıq yolunun daha geniş hissəsi sahəsində qalır, burada o, daha az qıcıqlanma alır.
4. Cinsi aktı friksiyaların (sürtünmənin) vaxtaşırı dayandırılması zaman uzatmaq olar. Bu zaman qadının erogen zonalarının stimulyasiyasını davam etdirmək lazımdır. Əgər bu zaman ereksiya zəifləyirsə, friksiyaları davam etdirmək lazımdır.
5. Yüksək həssaslığı olan kişilərə prezervativdən (xüsusilə də qalın), eləcə də keyləşdirici məlhəmlərdən istifadə etmək tövsiyə olunur.
6. Əgər kişi cavandırsa, cinsi aktdan əvvəl masturbasiya edə bilər və ya stimulyasiyanı qadına həvalə edə bilər. Əgər hətta birinci dəfə o, orqazma sayılı saniyələrdə çatsa belə, ikinci dəfə həzz almaq üçün ona daha çox zaman tələb olunacaq, deməli, cinsi akt daha uzun olacaqdır.
7. Məlum olduğu kimi, kişilərdə cinsi əlaqə zamanı görmə qabiliyyəti böyük rol oynayır. Buna görə də cinsi akt zamanı bir müddət gözləri bağlamaq yaxşıdır. Əgər siz hiss etsəniz ki, yenə də özünüzə nəzarət edirsiniz, gözləri açmaq olar.
8. Bundan başqa, orqazm yaxınlaşdığı zaman kişi, cinsi orqanı uşaqlıq yolundan (vaginadan) çıxarıb, baş barmağı cinsi orqanın başının özülünə qoyub, şəhadət və orta barmaqlarla isə yuxarıdan və aşağıdan 3-4 saniyəlik müddətə sıxa bilər, bununla da bir neçə müddətdən sonra o, cinsi aktı davam etdirmək imkanını əldə edəcəkdir.
9. Spermanın boşalmasının uzadılmasına yayındırıcı manevr kimi pozanın dəyişdirilməsi kömək edir. Tez-tez dayanaraq və pozanı dəyişdirərək, siz aldığınız stimulyasiyanın intensivliyini zəiflədirsiniz, bu da cinsi aktı uzatmağa imkan verir. Ümumiyyətlə, elə bir poza tapmaq yaxşı olardı ki, sizin üçün eyakulyasiyanı saxlamaq asan olsun.
10. Kişiyə cinsi aktı uzatmağa çox zaman adət edilmiş tələskənlik mane olduğuna görə, orqazmın yaxınlaşması zaman ona stressi qaldırmaq üçün edilən hərəkətləri etmək tövsiyə olunur: dərindən nəfəs almaq və qısa müddətə tənəffüsü saxlamaq. Nəbz daha zəif atmağa başlayacaq, həyəcan və ehtiras sakitləşəcək və spermanın boşalması baş verməyəcəkdir.
Nəticə çıxararaq demək olar ki, erkən boşalma problemi böyük əksəriyyət hallarda tam və ya heç olmazsa, qismən həll olunur və yaxınlıq üçün münasib şərtlər yaranır. Problemin həllindən qaçmayın, fəal olun. Hər şey super olacaq!Aile.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar