Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərə edilən bu GÜZƏŞT DAYANDIRILDI-səbəbi açıqlanıb

Tarix: 18-01-2018 13:16     Baxış: 13 226 A- / A+
Məcburi köçkünlərə edilən bu GÜZƏŞT DAYANDIRILDI-səbəbi açıqlanıb

Buna səbəb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin böyük məbləğli borcunu ödəyə bilməməsidir.
Məcburi köçkünlərin yaşadığı binalara istiliyin verilməməsinin səbəbi açıqlanıb. Manevr.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC-dən Koordinat.az-a verilən məlumata görə, yanvarın 16-dan respublika üzrə məcburi köçkünlərin məskunlaşdıqları binalarda istiliyin verilməsi dayandırılıb. Buna səbəb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Azəristiliktəchizat" ASC-yə olan böyük məbləğli borcunu ödəyə bilməməsidir. Dövlət Komitəsi "Azəristiliktəchizat"a olan borclarını ödəmədiyindən bu qurumun da "Azəriqaz"a olan borcları artıb. Bu səbəbdən "Azəriqaz" İB məcburi köçkünlərin yaşadığı binaları istiliklə təmin edən qazanxanalara təbii qaz verilişini dayandırıb. Hazırda Müşfiqabad, Mehdiabad və Masazır məcburi köçkün şəhərciklərində, habelə regionlarda salınmış qəsəbələrdə istilik təchizatı bütünlüklə dayandırılıb.

"Azəristiliktəchizat” ASC-də bəyan edirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi borcları ödəməyincə məcbur köçkünlərin yaşadığı binalara istilik verilməsi mümkün olmayacaq. Səhmdar Cəmiyyətə onu da bildiriblər ki, yaranmış problem barədə Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məlumat verilib. Problemlə bağlı sabah Baş nazir Artur Rasizadənin rəhbərliyi altında aidiyyəti qurumların rəhbər işçilərinin iştirakı ilə iclas keçiriləcəyi gözlənilir. İclasda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edəcək. Müzakirələrin sonunda isə "Qaçqınkom"un "Azəristiliktəchizat" ASC-yə olan külli miqdarda borcunun ödənməsi barədə qərar qəbul ediləcəyi gözlənilir. Məcburi köçkünlərin məskunlaşdıqları binalara istiliyin verilməsinin nə vaxt bərpa ediləcəyi Baş nazir səviyyəsində qəbul ediləcək qərardan asılı olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar