Xəbər lenti
Qəddafi-Sarkozi əlaqələri - Yeni faktlar ortaya çıxır
Üsyançılar tərəfindən öldürülən Liviya lideri Müəmmar Qəddafi və Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin əlaqələri barədə yeni faktlar ortaya çıxıb.
Bu barədə məlumat verən Mediapart saytı bildirib ki, sabiq Liviya liderinin 2007-ci ildə baş tutan prezident seçkilərində Sarkozinin qalib gəlməsi üçün vəsait ayırması barədə yayılan söz-söhbətlər həqiqəti əks etdirir. Bildirilir ki, 2012-ci ildə Avstryanın paytaxtı Vyanada ölü tapılan Liviyanın keçmiş neft nazirlərindən olan Şükrü Qənimin ölüm səbəblərinin araşdırılması məsələyə işıq tutub. Belə ki, Qənimin Hollandiyada yaşayan kürəkəni şübhəli kimi saxlanılır. Onun evində axtarış aparıldığı zaman Qəddafinin Sarkoziyə 6,5 milyon avro yardım etməsi barədə yazılı məlumatlar ələ keçirilib. Sənədləri prokurorluğa təqdim edən polis Sarkozini yenidən məhkəmə qarşısına çıxarmağa hazırlaşır.
Qeyd edək ki, məsələ ilə bağlı 2013-cü ildə istintaq başlasa da, Sarkozi və Qəddafi münasibətlərini aydınlaşdırmaq mümkün olmayıb.atv.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar