Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq prezident vəfat etdi -94 yaşında

Tarix: 28-09-2016 08:56     Baxış: 3459 A- / A+
Sabiq prezident vəfat etdi
İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.

Manevr.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.

Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar