Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu meyvələri yeməyin

Tarix: 10-01-2018 15:47     Baxış: 4342 A- / A+
HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu meyvələri yeməyin

Hamiləlik müddəti olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə xanımlar qidalanmaya xüsusi diqqət etməlidirlər.
Bəs hamiləlik dövründə hansı qidaları yemək olar və ya olmaz?
Manevr.az ailem.az-a istinadən bununla bağlı məşhur ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırır.
Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: “Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır”.

T. Canbaxışov bildirir ki, bəzi mütəxəssislər hamiləlik dövründə üzümdən istifadəni də məsləhət görmür: “Bir çox ekspertlər bunu üzümün üzərinə böcəklər yeməməsi üçün kimyəvi maddənin vurulması ilə izah edirlər. Hamilə qadın üçün bu kimyəvi maddə toksikdir. Hamilə qadınlar yuyulmamış və pasterizə olunmamış meyvələrdən istifadə etməməlidir. Hamiləlik zamanı qida gigiyenası toksoplazma infeksiyasından qorunmağa kömək olur. Bundan qorunmağın bir neçə yolu var. Meyvə və tərəvəzləri yeməzdən və ya hazırlamazdan əvvəl yaxşı yuyun, xüsusilə Cantaloupe, yemiş kimi meyvələri. Balaca meyvə fırçası ilə meyvənin səthindəki çirki təmizləyin. Meyvələrdə bakteriyaların inkişaf edə biləcəyi zədələnmiş sahələri kəsib atın”.
Ginekoloq xəbərdarlıq edir ki, məişətdə təmizlik edərkən yuyucu vasitələrin istifadəsinə də xüsusi diqqət yetirmək lazımdı: “Sabun, yuyucu vasitələr, ya da ağardıcıdan istifadə etməyin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar