Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təcrübəsiz həkimlərlə bağlı AÇIQLAMA

Tarix: 10-01-2018 09:52     Baxış: 5258 A- / A+
Təcrübəsiz həkimlərlə bağlı AÇIQLAMA


"Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir".

Manevr.az xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Öd kisəsi əməliyyatının kifayət qədər ciddi olduğunu vurğulayan M.Kazımi deyib ki, sadə öd kisəsi əməliyyatının fəsadları ən pis bədxassəli xərcəng xəstəliyinin əlamətlərindən pis ola bilər:

"Son zamanlar Bakı şəhərinin müxtəlif tibb müəssisələrində laparoskopik xolesistektomiya əməliyyatını icra edəcəyini deyən çox "cəsarətli", amma təcrübəsi olmayan həkimlər nəyinsə xatirinə öd kisəsi və öd yollarını əməliyyat edirlər. Nəticədə də xəstələrdə ciddi fəsadların yaranmasına səbəb olurlar. Lakin istər həkimlər, istərsə də xəstələr "öd kisəsi sadə əməliyyatdır" deyərək buna ötəri yanaşmamalıdırlar".

M.Kazımi Azərbaycanda bəzi həkimlərin başqa bir səhv üsuldan istifadə etdiklərini də söyləyib. Onun sözlərinə görə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, qaraciyərin serrozu portal hipertenziyaya səbəb olur. Bunun nəticələrindən biri dalağın ölçülərinin böyüməsidir: "Çox təəssüf ki, həkimlərimiz qaraciyər serrozu zamanı xəstələrə dalağın çıxarılmasını məsləhət görürlər. Bu, çox səhv yoldur və daha ciddi fəsadlara yol aça bilər. Çünki qaraciyər serrozunda dalağın böyüməsinə səbəb portal hipertenziyadır, daxili orqanlarda təzyiqin artması nəticəsində dalaq böyüyür. Qaraciyər serrozu zamanı dalağın çıxarılması gələcəkdə həmin şəxsin transplantasiya imkanının olmamasıdır. Ona görə də xəstələr ehtiyatlı olmalıdırlar ki, belə əməliyyat onlar üzərində aparılmasın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar