Xəbər lenti 
					
 
		Toyundan imtina etdiyi deyilən gəlindən - AÇIQLAMA+FOTOLAR
Ötən gün toyları olan "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sakinləri Elşən və Əfsanə Abduləliyevlər mətbuatda barələrində yazılanlarla bağlı açıqlama veriblər.
Manevr.az-ın ölkə.az-a istinadən məlumatına görə, E.Abduləliyev bildirib ki, həyat yoldaşı dükanların birində geyimi bəyənmədiyi üçün başqa dükana müraciət etməli olublar:
"Burada şişirdiləsi bir şey yox idi. Sadəcə, geyimi bəyənmədi, digər dükana keçdik. Hazırda çox xoşbəxtik, hər şey də qaydasındadır. Rasim Məmmədov adlı QHT rəhbəri bizi bir aylıq evlə təmin edib. Hələ ki, işsizəm. Amma sürücü kimi işə başlayacağam. Elza Seyidcahan, Niyaməddin Musayev, Gülyaz-Gülyanaq Məmmədovalar, skripkaçı Səlim Abbasov və digər tanınmış sənət adamları toyumuzda iştirak elədilər. Onlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm".
Geyimə görə toyuna gəlməkdən imtina etdiyi deyilən Əfsanə Abduləliyeva isə bunları deyib:
"Mənə də çox maraqlıdır ki, bu xəbəri hansı əsasla yazıblar. Geyimə görə toydan imtina etmək ağılsızlıq olardı. Sadəcə dükanın birindən paltarı bəyənmədik, digər dükana keçdik".
Xatırladaq ki, mediada geyimi bəyənmədiyinə görə Əfsanə Abduləliyevanın toya gəlməkdən imtina etdiyi xəbəri yayılmışdı.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 




















