Xəbər lenti
SEKSDƏN QORXMAYAN AZƏRBAYCANLI XANIM -hamıdan üzr istəyərək...
(Onun "Seksdən qorxan azərbaycanlılar" məqaləsinə cavab)
Heç 200 il əsarətində olduğumuz "dinsiz-imansız" ruslar da bu cür qələt eləyib, bizi əxlaqsızlığa sürükləməmiş, sövq etməmişdilər...
İndiki bəzi xanım "yazar-pozarlar" isə bütün kütləni əxlaqsızlıq uçurumuna "kəllə-mayallaq" aşırmağa çalışırlar. Özü də çox ciddi-cəhdlə!
Görəsən, son vaxtlar bəzi gənc jurnalist, şair və yazıçı qızları əxlaqsız mövzularda yazmağa, daha çox heyvani hissləri təbliğ etməyə nə vadar edir? Axı, bu millət niyə bilərəkdən, qəsdən əxlaqsızlığa sövq edilir? Bunların qarşısını almaq üçün də Milli Məclis xüsusi qərar çıxarmalıdırmı?.
...Düzü, əvvəlcə heç cür inana bilmədim. Çox abırlı-həyalı görünən bir xanımın saytların birində daha çox "sensasiya" yaratmaq istəyi ilə yazdığı bir məqalədə əxlaqsız hərəkətlərdən, "porno" və s.-dən çəkinənləri hədəfə almaqda görəsən, məqsədi nədir, onu buna nə vadar edib? Lazımıydımı onun kimi abırlı, xoş görkəmli bir xanımın belə bir mövzuya əl atması?
Ancaq baxın, görün o, nə yazır: "Qəhrəmanın intim istəklərini, məhrəm arzularını yazmaqdan (? - R.O.) ötrü oxucu istəsə də, istəməsə də, erotik təsvirlərin verilməsinə ehtiyac duyulur". Ehtiyac duyulur? Kim duyur o ehtiyacı? "Külli-aləm", yoxsa - kim?
O, daha sonra yazır: "dünya ədəbiyyatında bu cür roman nümunələri çoxdur. Markiz de Sadın “Sadomun 120 günü”, Ceyms Coysun “Uills”, Henri Müllerin “Tropik xərçəngi”, Vladimr Nabokovun “Lolita” romanı və s."
Görün bu xanım erotik əsərlərin və onların müəlliflərinin adlarını əzbər bilərək, necə böyük bir həvəslə, az qala ehtiramla çəkir. Və çox, olduqca çox təəssüflənir ki, "Vladimr Nabokovun “Lolita” romanının taleyi daha ürəkağrıdıcıdır ("ürəkağrıdıcı"? - R.O.). Nabokov uzun illər romanın erotik roman kimi qəbul olunmasına təəssüflənib. Əslində həqiqətən də romandakı erotik təsvirlərin çoxluğu və rəngarəngliyi obrazların faciəsini görməyə müəyyən mənada mane olub".
O, sonra yazır: "Kinoda da Pyer Pazolinidən tutmuş Ulrix Zaydla qədər xeyli məşhur (??? - red.) adlar filmlərindəki erotik təsvirlərə görə zaman-zaman qadağalara məruz qalıblar". (Xanımdakı ürək yanğısına, təəssüfə bir bax!)
Bu azərbaycanlı xanım hörmətlə yanaşdığı o "dahi" yazıçı haqqında görün daha nələri dilə gətirir (oxucu bağışlasıın, məcburam sitatı tam verim): "Zaydl öz müsahibəsinin birində filmlərindəki erotik kadrlarla bağlı suallara belə cavab verib: “Seks insanın əsas instinktidir. Bu instinkt hər kəsin həyatında vacib rol oynayır. Seksuallığa basqı isə əxlaqın erroziyasına gətirib çıxarır.”
Nə deyəsən bu xanıma? Görəsən, onu "bu şeylərdən" başqa düşündürən maraqlı bir nəsə yoxdurmu? Soruşan gərəkdir ki, axı sən niyə üz tutmusan o əxlaqsız, "problemli" ("ozaboçennı") Avropa və Amerika "cızma-qaraçı"larına?
Bu xanım hətta cürət edib korifey sənətkarımız, xalqın sevimlisi Alim Qasımova da irad tutur ki, niyə o, bir tamaşada tərbiyəsizlik səhnəsinə görə oynamaqdan imtina edfib? Siz bir irada, "cəsarətə" baxın bu xanımdakı. Yazır ki, "Milli Dram Teatrımız bir neçə il əvvəl “Qatil” tamaşası ilə buna cəhd etdi. Amma eşitdiyimə görə, ağsaqqal muğam ifaçımız Alim Qasımov məhz bu səhnələrə görə tamaşanı nümayişkaranə şəkildə tərk eləmişdi. Amma Alim müəllim nədənsə incə bir məqamı unudur; o, muğam oxuyanda kimsə ayağa qalxıb deməyib ki, sizin ifa etdiyiniz
muğamın filan yerində “əzizim, ləblərin, qonçədir, baldır” və yaxud da “sinəndə bir cüt nar” söhbəti var..."
Nə deyəsən beləsinə, milli-mənəvi dəyərləri alt-üst etməyə çalışan bu xanıma? Doğrudan da, bu xanım başa düşmək istəmir ki, "ləblərin, qonçədir, qönçə", "bir cüt nar" başdan ayağa ülvi sevgidir, saf və odlu məhəbbət, romantikadır, burda onun istəyində olduğu açıq-saçıqlıq, "ehtir-AS" və "murdar-AS" yoxdur?
Oxuculardan biri çox haqlı olaraq o xanıma sual verir: "bu sətirlərin müəllifi özü həmin əxlaqsız rollarda çəkilməyə razılıq verərmi? Və ya həmin "porno" rolda çəkilmiş aktirisanı öz oğluna alarmı?" Çox haqlı, yerində verilmiş sualdır. Başqa bir oxucunun da sualı maraqlıdır: "Doğrudanmı bu xanım seksdən qorxmur və nə vaxtdan yoxdur onda bu qorxu?"
Ayıbdır! Həm də çox ayıbdılr, hədsiz ayıbdır!.
...Ey Azərbaycanın bu cür mövzulara üstünlük verən yazı-pozu xanımları! Bəlkə sizin üçün belə mövzular artıq "çox adi" görünür və sizcə burda utanmalı, çəkinməli bir şey yoxdur, ancaq xalqın çox böyük əksəriyyəti sizin düşündüyünüz, "düşdüyünüz" fikirdə deyil. Bəlkə, siz populyarlaşmaq xatirinə, sensasiya üçün başqa mövzularda yazasınız?
Vallah, ayıbdır, çox ayıbdır! Yoxsa, siz artıq belə şeylərin ayıb olduğunu hiss eləmirsiniz? Axı, siz Şərq qadını, Azərbaycan xanımısınız, sizə yaraşmaz! Çox da ki kimsə, nə vaxtsa "1001 gecə nağılları"nı yazıb... və kimsə onu sizin üçün uşaq yaşlarından oxuyub...
P.S. Bəli, çox təəssüf ki, bəzi xanım jurnalistlər tamam həddini aşaraq, sənətçilərin sənətindən, istedadından yazmaq, danışmaq əvəzinə onların həyatına, ər-arvad yatağına bir "yengə", Avropada olduğu tək üçüncü bir adam kimi soxularaq, özlərini az qala hər şeyə, hər bir "hərəkətə" nəzarətçi kimi aparırlar. Elə bunun nəticəsidir ki, hətta bir-birini dəlicəsinə sevən müğənnilər Musa ilə Qumral bir-birinə düşmən olub, boşandılar! Budur "bəzi-bəzi" xanım jurnalistlərin burunlarını hər yerə soxmalarının xoşagəlməz sonluğiu. Musa ilə Qumral xanım, eləcə də digər sənətçilər gərək o cür "qalmaqal jurnalistləri"ni məhkəməyə versinlər ki, digərlərinə də birdəfəlik dərs olsun.
Bir də... aradan "pərdə" götürülmüşkən o xanıma xatırlatmaq istəyirəm ki, xalqımız nəyi bacarmasa da, onun irad tutduğu "məsələdə" çox pərgardır, "o işi" mükəmməl bacarır. Sadəcə onu ekran qarşısında, hamının tamaşa edəcəyi bir şəkildə etməyə utanır, abır-həya eləyir. Yəni deyirsən ki, bu "bir qırıq" abır-həya da olmasın və Azərbaycan da dönüb olsun "mini-Amerika", "mini-Fransa" və ya "makro-Hollandiya"?
Rəhman ORXAN.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar