Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

GƏLƏCƏK DÜNYANIN ENERJİSİ... - Türk aliminin uğurları

Tarix: 26-09-2016 16:50     Baxış: 5582 A- / A+
GƏLƏCƏK DÜNYANIN ENERJİSİ...



Alim elmini insanlığa xidmətə yönəldən şəxsiyyətdir. Alimlik elmlərin cəm olduğu insan simasıdır. Bu simada fərd olaraq hər kəs öz varlığını təsdiqləyə bilirsə, deməli, elm yolunda çəkilən zəhmət bəhrə verib. Bu fikirlər alimlər haqqında deyilmiş və indən belə deyiləcək bütün sözləri özündə ehtiva edir.

Elm adamları haqqında deyilmiş bu qiymətli cümlələrdən sonra təzə nə isə yazmaq fikrində deyiləm. Onsuz da, buna ehtiyac yoxdur. Bir yaxın dostum ondan mənə çox danışdı. Elmi ixtiralarından, müxtəlif mövzulu monoqrafiyalarından, dünyanın bir çox ölkələrində etdiyi çıxışlarından. Sözün düzü, qiyabi tanıdığım alimi, real həyatda görmək eşqinə düşdüm. Amma onunla görüşmək, şəxsən tanış olmaq o qədər də asan məsələ deyil. Məsafə baxımından aramızdakı yollar çox uzaqdır. Həm də bir məqam da var. Axı alimlər bir az da xaraktercə ipə-sapa yatmayan və qəliz olurlar.

Bu yerdə bir haşiyə çıxmaq istədim. Alimlər xarakter etibarı ilə çətin olsalar belə, eyni zamanda onların özünəməxsusluqları da var. Bəzən isə alimlər öz sahələrinə və elm adamlarına müəyyən mənada uyğun gəlməyən fəaliyyətlərlə də məşğul olmuşlar. Məsələn, Nils Bor ölkənin futbol yığmasına daxil idi. Pifaqor yumruq döyüşü üzrə ilk olimpiya çempionu olmuşdur. Mendeleyev isə çemodan hazırlanmasının böyük həvəskarı idi. Onun tərəfindən yaradılan çemodanlar o qədər gözəl və keyfiyyətli idi ki, onları əldə etmək istəyənlərin uzun növbəsi yaranırdı. Onu da qeyd edək ki, elmdən bəhrələnən bəşər övladı ümumbəşəri ideyaların daşıyıcısı olmaqla bərabər, milli kimliyini də dünyəvi dəyərlər sisteminə yönəltməyi həyat amalına çevirməlidir. Milli kimliyi ilə dünya elm xəzinəsinə bəşərilik gətirən nüfuzlu aydınlardan biri də "INTERNATIONAL ROYAL ACADEMY OF THE UNITED NATIONS"ın üzvü, Türkiyə, Amerika, Asiya, Makedoniyanın fəxri professoru Əhməd Kapusuzdur.

Onun həyat hekayəsi belə başlayır:

1953-cü ildə Türkiyənin Tokat vilayətinin Başçiflik kəndində dünyaya göz açmışdır. İlk əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Başçiflikdə müəllimi Mustafa Gülərdən təhsil aldıqdan sonra Pamukpınar Müəllim Məktəbindən məzun olur. Əskişəhər Anadolu Universiteti iqtisadiyyat fakültəsini bitirir. Tokat GOP Universitetində dosent olur. Tokat və Başçiflikdə xalçaçılığın qızıl illəri yaşanarkən xalça və kilimçiliyin istehsal və məşğulluğu mövzusunda ortaya qoyduğu özünəməxsus işlər və bu mövzuda qəzetlərə yazdığı yazılar Tokat valisi mərhum Rəcəb Yazıcıoğlunun marağını çəkir.

Əhməd Kapusuzu xalçaçılıq və təbii boyalar maraqlandırdığı üçün tale yolları onu Marmara Universitetinə gətirir. Çanaqqalada təbii boyalar üzrə təhsil alır. Qayıtdıqdan sonra Tokat Mədəniyyət Araşdırma Fonduna bağlı olan Tokat Xalçaçılıq İnstitutunu yaradır. Bir çox layihələr işləyir. Ancaq hazırladığı layihələrdən dəstək ala bilmir. Buna baxmayaraq, o gördüyü işdən, elmi ixtiralarından qalmır. Gördüyü işlərlə, hazırladığı layihələrlə parelel alternativ enerji istehsalı sistemləri üzərində işlərini də davam etdirir. Az keçmir ki, Türkiyədə axtardığı fürsəti ABŞ-da tapır. İngiltərənin ən məşhur Universiteti İNTERNATİONAL ROYAL ACADEMY United Nations tərəfindən "Alternativ Enerji" Fundamental elm mərkəzində professor dərəcəsi alır. Əhməd Kapusuz yüzlərlə elmi məqalənin, monoqrafiyanın, elmi ixtiraların müəllifidir. Türkiyənin Ordu bələdiyyəsinin qatı tullantılardan enerji çıxarma tətbiqinin layihəsi də Əhməd Kapusuza aiddir. "Dalğa panelləriylə dəniz dalğalarından elektrik çıxarma" mövzusunda hazırladığı layihə bir dostu tərəfindən beynəlxalq elm ələminə yayımlanmışdır. Bu mövzuda yüzlərlə layihə olmasına baxmayaraq, müəyyən fərqliliklərinə görə onun layihəsi elm dünyasında çox böyük maraq doğur. Az keçmir çəkdiyi zəhmət bəhrəsini verir. Artıq o, hazırladığı lahiyələrdən böyük məbləğdə pullar qazanmağı bacarır. INTERNATIONAL ROYAL ACADEMY OF THE UNITED NATIONS UNİVERSİTETİNİN Elm Kafedrasının araşdırdığı ən məhsuldar layihə də haqqında bəhs etdiyimiz alimə aiddir. Bu uğurdan sonra onunla əlaqə saxlayıb ondan digər layihələrini istəyirlər. Alim tərcümeyi-halla birlikdə bəzi layihələrini bu təşkilata göndərir. Onun layihələri, gördüyü işləri müsbət qarşılanır. O, həmin universitetin də professoru elmi dərəcsinə layiq görüldükdən sonra orada çalışmağa başlayır.

Sadaladıqlarım Əhməd Kapusuzun mənim öyrəndiyim həyat hekayəsinin çox az bir qismidir. Təbii ki, bunları mənə dostum danışdı. Amma qismət olsa, bu dəyərli alimi yaxından araşdırıb onunla daha da yaxından tanış olmaq istərdim. Düşünürəm ki, Əhməd Kapusuzu hamı tanımaq istəyər.


Savalan TALIBLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar