Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yataqxanada 9 uşağa qarşı DƏHŞƏTLİ ƏMƏL - Votsapda qrup yaratdı...

Tarix: 24-12-2017 09:24     Baxış: 5769 A- / A+
Yataqxanada 9 uşağa qarşı DƏHŞƏTLİ ƏMƏL

Tələbə yataqxanasının əməkdaşı 9 oğlana təcavüz edib.

Hadisə Türkiyənin İzmir şəhərində özəl yataqxanaların birində baş verib.

Bu iddalarla saxlanılan Ömər Faruk adlı şəxs ittihamları qəbul edib. Lakin 12 yaşlı bir tələbənin öz istəyi ilə cinsi əlaqədə olduqlarını deyib. O, bildirib ki, həmin uşaqla "Votsap" yazışmasında onu cinsi əlaqədə olmaq üçün çağırdığı açıq yazılıb.

“İddia edildiyi kimi digər uşaqlarla cinsi əlaqəm olmayıb” - deyə, ittiham edilən şəxs deyib.

2 uşağın cinsi istismara məruz qaldığı rəsmi olaraq təsdiqlənib.

Faktla bağlı araşdırma 12 yaşlı uşağın başına gələnləri anasına danışmasından sonra başlayıb. Polis yataqxanada 20-yə yaxın uşaqla görüşüb, pedaqoq və psixoloqlarının dəstəyi ilə onlarla söhbət edilib. 3 uşaq Ömər Faruk adlı əməkdaşın onlara təcavüz etdiyini deyib.

Şübhəlinin telefon və kompüterində uşaqlara aid şəkillər aşkarlanıb. Hətta onun "Votsap"da 9 uşaqla birlikdə qrup yaratdığı və orada cinsi məzmunlu mesaj və şəkillər paylaşdığı məlum olub.

İddialardan sonra bu ölkənin Təhsil Nazirliyi yataqxanın fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb. Uşaqların bəziləri öz ailələrinin yanına gedib, bəziləri isə başqa yataqxanalara yerləşdirilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar