Xəbər lenti
Ömürlük məhbuslarla bağlı toplantı keçirilib
Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi növbəti toplantısını keçirib.
İclasda bir sıra məsələlərə baxılıb. Müdafiə Komitəsinin rəhbəri, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, 2 həftə əvvəl dövlət başçısı İlham Əliyevə ömürlük həbs cəzasının müddətli həbs cəzası ilə əvəz olunması və digər məsələlərlə bağlı müraciət olunub: “Həmin müraciətə cavab gözləyirik. Ümid edirik ki, prezident ömürlük məhbusların taleyinə biganə qalmayacaq, məsələyə müsbət reaksiya verəcək”.
İclasda bir sıra digər məsələlərə də diqqət yetirilib. Xüsusi olaraq vurğulanıb ki, Cinayət Məcəlləsinin 57.3 maddəsinə görə, 25 ildən çox həbsdə olan ömürlük məhbusların işinə məhkəmədə yeniden baxıla və qərar dəyişdirilə bilər. Çox təəssüf ki, bu maddə formal olaraq qalır, bu günə kimi heç bir məhbusa şamil edilmir, çox vaxt məhkəmələr bu işlərə heç baxmaq da istəmirlər. Konkret olaraq, son günlərdə ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun işinə Qaradağ rayon məhkəməsində heç bir əsas gətirmədən baxmaq istəməyiblər.
“Başqa bir məsələ də narahatlıq doğurur ki, Qobustan həbsxanasında ömürlük məhbuslara pulsuz etibarnamənin verilməsi üçün əngəllər yaradılır, qanunsuz olaraq onlardan rüsum tələb olunur”, - deyə iclasda bildirilib.
“Bir məsələni prezidentin və cəmiyyətin nəzərinə xüsusi olaraq çatdırmaq istəyirik ki, hazırda həbsdə yatan ömürlük məhbusların əksəriyyətindən vaxtilə müxtəlif hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən daha az iş vermək şərtilə pul tələb olunub, verə bilmədikləri üçün bu cür ağır cəza alıblar. Belə bir paradoks yaranır ki, onlar pulları olmadığına görə həbsdə yatırlar. Bu, bir faktdır, hamının bildiyi faktdır. İstərdik ki, prezidentimiz məsələnin bu tərəfini də bilsin”, - deyə A.Nağı qeyd edib.Musavat.com.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar