Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir

Tarix: 06-12-2017 11:35     Baxış: 5909 A- / A+
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
Kanadanın Vaterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər.

Manevr.az azərtac-a istinadən bildirir ki, bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımi məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Alimlər bu prosesin nə cür baş verdiyini öyrənməyə çalışıblar. Bu məqsədlə dörd qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparılıb. Bir qrupun nümayəndələri mətni səssiz oxuyublar, ikinci qrup eyni yazını səsli variantını dinləyib, üçüncü qrupun təmsilçiləri həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib. İştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan üçüncü qrupun nümayəndələri olub.



Tədqiqatlardan bəlli olub ki, insan öz səsini daha yaxşı yadda saxlayır. Yəni, insan beyni öz səsi ilə tələffüz olunaraq yadda saxladığı mətnə assosiasiya doğurur.

Alimlərin fikrincə aparılan araşdırma yaşlı insanlarda yaddaşın möhkəmləndirilməsinə kömək etmək və ya itirilməsinin qarşısının alınması baxımından çox faydalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar