Xəbər lenti
Lənkəranskinin qardaşı haqda gözlənilməz məhkəmə qərarı

Ötən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü Türkiyədə məhkəmə qarşısına çıxarılıb.
Manevr.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, proseslə bağlı maraqlı faktlar var. Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər müşavirə otağına keçiblər. Dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər.
Beləliklə də, aralarında polkovnik Namiq Canıyev də olmaqla 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən dəstə üzvlərinin məhkəmə qarşısına çıxarılan zaman çəkilən görüntüləri yayılıb. Onu da əlavə edək ki, sıradakı sonuncu şəxs Namiq Canıyevdir.
Xatırladaq ki, azərbaycanlı polkovnikin ötən il Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün Şirinlər dəstəsinə 5 milyon dollar verdiyi bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar