Xəbər lenti 
					
 
		"Azərbaycan dilinin izahlı lüğəti" nəşr olunub-İSTANBULDA
Bu günlərdə İstanbulda beş cildlik "Azərbaycan dilinin izahli lüğəti" işıq üzü görüb.
Manevr.az xəbər verir ki, beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir.
Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn “Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir. Lüğət Azərbaycan dilinin orfoqrafiya qaydaları əsasında ərəb qrafikası ilə tərtib olunmuşdur.
Hər bir sozə, həm Guzey həm də Guney Azərbaycanın, qədindən ta bu gunə qədər tanınmış şair və yazıçılarının əsərlərindən nümunələr verilmiş, sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilmişdir.
Dünyanın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların bir çoxunun bu əlifbayla yazıb oxuduğundan, dilimizi qoruyub saxlamağı baxımından "Azərbaycan dilinin izahlı lüğəti"nin dərc olunması, mühüm rol oynayır.
Lüğətin birinci cildindəki giriş sözündə Məmmədəli Tacəhmədi, lüğətin ərsəyə gəlməsində Parisdə Şərq Dilləri və Sivilizasiyalari İnstitutunun kecmiş rəhbəri, mərhum professor Lui Bazenə ve UNESKO katibliyinin kecmiş əməkdaşı Ramiz Abutalibova mənəvi dəstəyə görə oz minnətdarlıgını bildirir.
Şəhla Ağalarova
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















