Xəbər lenti
Xalq qəhrəmanının məzarı abadlaşdırılır - millət vəkilinin dəstəyi ilə - FOTOLAR
1917-18-ci illərdə Zəngəzur qəzasının Laçın bölgəsində erməni silahlı qüvvələrinə ən ağır zərbəni vurmuş xalq qəhrəmanı, adı dillər əzbəri olan laçınlı Sultan bəyin Türkiyənin Qars vilayətinin Koçköyü kəndindəki məzarının abadlaşması üçün addımlar atılır.
Qeyd edək ki, Sultan bəyin həmyerliləri İbrahim Mirzəyev və Aqil Səfərəliyev sentyabrın ortalarında həmin kənddə olublar. Xalq qəhrəmanının məzarının baxımsız olduğu məlum olub.
İ. Mirzəyev və A. Səfərəliyev qayıdandan sonra səfər təəssüratlarını zengezur.com saytına bildirərək deyiblər ki, Türkiyəyə Laçın rayonundan Milli Məclisə üzv seçilmiş Mahir Abbaszadənin təşəbbüsü və maliyyə köməkliyi ilə gediblər. Sultan bəyin məzarının yerini dəqiqləşdirib, qəbristanlıqdan çox sayda fotoşəkillər çəkiblər. Qarsda olarkən onlar Sultan bəyin məzarının üstünün götürülməsi ilə bağlı kənd aydınlarının da fikirlərini, məsləhətlərini öyrəniblər. Ötən əsrin əvvəllərində rus bolşeviklərinin və erməni daşnaklarının terror və təqiblərindən qurtulmaq üçün Zəngəzurdan baş götürüb Anadolu torpaqlarına üz tutan, Osmanlı sultanının şəxsən ayırdığı torpaqlarda Koçköyü kəndini salan yaşlı laçınlılar bu məzarın həqiqətən də Sultan bəyə məxsus olduğunu, onilliklər boyu erməni təxribatlarından ehtiyatlanaraq məzarın üstündə qəsdən nişanə qoymadıqlarını bildiriblər.
Hazırda millət vəkili Mahir Abbaszadənin dəstəyi ilə Sultan bəyin məzarının abadlaşdırılması prosesinə başlanılıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva da öz növbəsində məsələ ilə maraqlanmış və Qars vilyətinin rəsmi şəxslərilə məzarın abadlaşdırılması barədə söhbətlər aparmışdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar