Xəbər lenti
İdmandan yüksək vəzifəyə gedənlər kimlərdir? - Siyahı
Bu günlərdə “Milan” klubunun əfsanəvi futbolçusu Kaxa Kaladzenin energetika naziri vəzifəsindən sonra Tiflisin meri seçilməsi “idmandan siyasətə” mövzusunu aktuallaşdırdı. Kaladze yeganə idmançı deyil ki, siyasətə, vəzifəyə gedir.
Manevr.az axar.az-a istinadən həm Azərbaycan, həm dünyada idmançı karyerasından sonra siyasəti seçənlərin bəzilərini araşdırıb.
Dünya şöhrətli boksçu Vitali Kliçko: 2010-cu il aprelin 24-də o, hələ boks karyerasına son verməmiş UDAR (İslahatlar Naminə Ukrayna Demokratik Alyasını) partiyasının sədri olub və Ali Rada seçkilərində deputat mandatı qazanıb. 2013-cü ilin noyabrında Ukraynada Prezident Viktor Yanukoviçə qarşı genişlənən Maydan hərəkatında UDAR partiyası aktiv iştirak edib. 2014-cü il fevralın 21-də hakimiyyət dəyişikliyindən sonra isə Vitali Kliçko ölkənin əsas siyasi fiqurlarından birinə çevrildi. Kliçko hazırda Kiyevin meri vəzifəsində çalışır.
Arnold Şvartsenegger - Hollivud blokbasterlərinin əvəzolunmaz ulduzu və Kaliforniya ştatının qubernatoru. Şvartsenegger 15 yaşından bəri bodibildinqlə məşğul olub. Adətən əzələ kütləsinin münsiflərə nümayiş olunduğu bu idam növündə o, ilk uğuru 19 yaşındaykən, 1966-cı ildə “Mister Avropa” mükafatını qazanmaqla əldə edib.
2006-cı ildə yenidən qubernator seçkilərini qazanan keçmiş idmançı 2011-ci ildə vəzifə müddətinin bitməsi səbəbindən Hollivuda geri dönüb.
Alina Kabayeva: Bədii gimanstika üzrə olimpiya çempionu Alina Kabayeva iqtidardakı Vahid Rusiya Partiyasından parlamentin deputatı olub.
Hakan Şükür: Türkiyə millisinin və “Qalatasaray”ın hücumçusu bir müddət millət vəkili olub və sonra Fətullah Gülənlə əlaqələrdə iittiham edilib.
Olimpiya çempionu Elnur Məmmədov - polis baş leytenantı rütbəsi ilə daxili işlər orqanlarında çalışır.
Sambo üzrə beşqat dünya çempionu Zülfiyyə Hüseynova Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində mayor rütbəli əməkdaşdır.
Tanınmış şahmatçı Aynur Sofiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2007-cı ilin martından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar