Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsul Quliyev Milli Şuranı sərt tənqid etdi: "Siyasətdən getsinlər"

Tarix: 17-09-2016 20:39     Baxış: 3533 A- / A+
Rəsul Quliyev Milli Şuranı sərt tənqid etdi:



















"Milli Şura bu millətə xeyir vermək istəyirsə heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır"

Milli Şuranın bu gün "Məhsul" stadionundakı mitinqi başa çatan kimi sosial şəbəkələrdə aksiya ciddi şəkildə qınaq obyektinə tuş gəlib. 11 sentyabr mitinqdən fərqli olaraq, bugünkü aksiyaya iştirakçıların dəfələrlə az qatılmasına görə AXCP sədri Əli Kərimli sərt tənqid edilir.

Mitinqə dəstək verən, ABŞ-da mühacirətdə yaşayan sabiq spiker öz Facebook səhifəsində 17 sentyabr mitinqi ilə bağlı bunları yazıb: " Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm. İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər arqumenti faciəli səviyyədə gülüncdür. İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış daha doğrudur".

Rəsul Quliyev yazıb ki, "Milli Şura ölkədəki vəziyyəti analiz edə bilmir" demək kompliment olardı. Onun fikrincə, MŞ üzvlərində "elementar məntiq çatışmır və ya yoxdur" demək daha düzgün qiymət olar.

R.Quliyev yazıb: "2013-cü ildən, prezidenti legitimləşdirməklə başlanan siyasət, 17-nə mitinq təyin etmək və təşkil edə bilməməklə diktatura referendumunu da legitimləşdirir. Milli Şura adlanan (yeganə üzvü AXCP olan) süni qurum əgər bu millətə xeyir vermək istəyirsə heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır".(musavat. com)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar