Xəbər lenti 
					
 
		Sabirabad sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Sabirabad sakininin həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Sabirabad rayonu Türkədi kənd sakini, 1961-ci il təvəllüdlü Şıxəliyev Sadiq Fətiş oğlunun həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkarlanıb.
Onun həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş 56 ədəd çətənə kolu, həmçinin 25 ədəd kökündən çıxarılmış quru halda, ümumi çəkisi 16 kiloqram və evindən 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. S. Şıxəliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















