Xəbər lenti
Azərbaycanda tükürpədici hadisə:NƏNƏ nəvəsini satdı -VİDEO
Bərdədə baş verən tükürpədici hadisə eşidənləri dəhşətə gətirir. Bir ananın körpə uşağı əlindən alınaraq başqa bir ailəyə satılıb. Özü də qaynanası tərəfindən. Hazırda 3 uşağı ilə sığınacaqda yaşayan çarəsiz qadının iki övladı da əri tərəfindən əlindən alınıb. İndi çarəsiz qadın övladlarını görə bilmir.
Manevr.az bildirir ki, Bərdənin Gülgəzli kəndində tükürpdədici hadisə baş verib. Ananın əlindən övladı alınaraq başqa ailəyə satılıb.
Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində 6 uşaq dünyaya gətirib. Onun sözlərinə görə övladlarından biri qaynanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.
Elnaz Xurşudovanın sözlərinə görə, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.
Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov isə onu 3 uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Və ondan uşaq üçün verilən pulu geri verilməyənə qədər övladını görə bilməyəciyini deyiblər.
Qarşı tərəfin də mövqeyini almaq üçün Bərdənin Gülgəzli kəndinə üz tutduq. Əməkdaşımızın səylərinə baxmayaraq nə Pərviz Cavadov, nə də uşağın satılmasında əlbir olduğu iddia edilən anasını tapmaq mümkün olmayıb.
Satılan qız övladından əlavə iki oğlu da ərinin himayəsində olan ana hazırda Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər ata anasının yanına getməyəcəyini deyir.
Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar