Xəbər lenti
Ermənistanda Nizami adında kənd hələ də qalır – Səbəb
İndiki Ermənistan ərazisində indiyə qədər azərbaycanlıların yaşamış olduğu 702 yaşayış məntəqəsinin adı dəyişdirilib. Onların bir qismi sovet dövründə mərhələ-mərhələ dəyişdirilmişdir. Ermənistan müstəqillik əldə edəndən sonra isə Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi tamamlanıb. “Nizami” kimi indi qeyd edilən kəndin də adı əslində dəyişdirilib.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa Ermənistanda adı dəyişdirilməyən yeganə kənd – Nizami haqda sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Tarixçi alim qeyd edib ki, Nizami kəndinin Naxçıvan Muxtar Respublikasının işğal olunan kəndi ilə heç bir aidiyyəti yoxdur və bu barədə yayılan məlumat həqiqəti əks etdirmir:
“Naxçıvanın anklavı olan və 1990-cı ildə Ermənistan tərəfindən işğal edilən Kərki kəndi ilə Nizami kəndini qarışdırmaq olmaz. Kərki kəndi Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir, Nizami kəndi isə Zəngibasara aiddir. Bu yaşayış məntəqəsinin adı 1978-ci il yanvarın 25-nə qədər Yuxarı Necili olub. Burada eyni zamanda Aşağı Necili kəndi də olub ki, 1978-ci ildə onun adı “Sayatnova”ya, Yuxarı Necili kəndinin adı isə “Nizami”yə çevrilib. İndiyə qədər Nizami kəndinin adının qalmasına səbəb isə mənfur ermənilərin Nizamini fars şairi kimi “tanımalarıdır”. Yəni “Nizami” adlandırılan kənd əslində Yuxarı Necili kəndidir və ermənilər bu adı hələ o vaxt dəyişdirmişdilər. Ümumiyyətlə, Qərbi Azərbaycanda bütün toponimlərimizi ermənilər saxtalaşdırıblar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar